Leyla Əliyeva Musiqili Teatrda O olmasın, bu olsun tamaşasını izləyib - FOTO

Leyla Əliyeva Musiqili Teatrda “O olmasın, bu olsun” tamaşasını izləyib FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və Baş redaktoru Leyla Əliyeva 1 mart tarixində Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izləyib. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumatı təsdiqləyib və bildirib ki, tamaşanı izləyən qonaqlar arasında Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və başqaları da olub. Mötəbər qonaqlar Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə yüksək səviyyədə keçən tamaşadan razı qaldıqlarını, belə uğurlu səhnə əsərlərinin teatr sənətimizin inkişafına, ümumilikdə, Azərbaycan mədəniyyətinə töhfə olduğunu bildiriblər. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Elvin Əliyev, Əzizağa Əzizov, Əliməmməd Novruzov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış etmişlər.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !