Musiqili Teatra kollektiv sifarişlər gəlir - FOTO

Musiqili Teatra kollektiv sifarişlər gəlir FOTO

Azərbaycan Dövlət Musiqili Teatrına tamaşaçı marağı gündən-günə artmaqdadır. Teatrın hazırladığı bir-birindən maraqlı tamaşalar böyük tamaşaçı kütləsinin rəğbətini qazanıb. Məhz bunun nəticəsidir ki, son vaxtlar teatrın tamaşalarına kollektiv sifarişlər verilir. Həmin kollektivlərdən biri də Bakı Ali Neft məktəbidir. Ü. Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə bu ail təhsil müəssisəsinin kollektivi üçün nümayiş olunub. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoglu bildirib ki, başda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov olmaqla Neft Məktəbinin müəllim və tələbə heyyəti uğurla keçən tamaşanı izləyib. Azərbaycan Dövlət Musiqili Teatrının Baş inzibatçısı Sücəddin Sadıyev “Müxtəlif kollektivlərin Musiqili Teatra böyük marağı var və bu maraq gündən-günə artır. Yəqin ki, bu oynanılan tamaşalarla, teatrımızın uğurlu repertuar siyasəti ilə bağlıdır. Demək olar ki, hər həftə bizə müxtəlif idarə və müəssisələrdən sifarişlər daxil olur. Bir sıra nazirliklər, təhsil, səhiyyə ocaqları kollektiv şəkildə gəlib tamaşalarımızı izləyirlər” deyə bildirib.
Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Elvin Əliyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış etmişlər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !