BEYNƏLXALQ ÇİÇƏKÇİLİK, PEYZAJ VƏ ŞƏHƏRSALMA SƏRGİSİ -

BEYNƏLXALQ ÇİÇƏKÇİLİK, PEYZAJ VƏ ŞƏHƏRSALMA SƏRGİSİ

VB CV Dünyanın ən sürətli böyüməsini həyata keçirən ölkəsi Azərbaycanın tək Gülçülük, Landşaft və Şəhərsalma Sərgisi 12 müxtəlif ölkədən sektora istiqamət verən iştirakçıları ilə 12‐ 15 Mart 2015 tarixlərində qapılarını açmağa hazırlaşır. Atılım Fuarcılık ve ElanExpo əməkdaşlığı ilə təşkil edilən; Beynəlxalq Gülçülük, Landşaft və Şəhərsalma Sərgisi 12 – 15 Mart 2015 tarixlərində Bakı Expo Centerda həyata keçiriləcəkdir. Açılışını Enerji və Təbii Qaynaqlar Naziri Hörmətli Hüseynqulu Bağırovun həyata keçirəcəyi AfuExpo Azeryol Servis, Azpromo, Bakı Yaşıllaşdırma İdarəsi,
Bakı Abadlıq, Botanika Bağı, Azərbaycan Biznesmenlər assosiyasiyaları və bir çox bələdiyyənin dəstəyi ilə icra hakimiyyətləri, sektor mütəxəssisləri, dövlət idarə və təşkilatları, yerli idarələrin dəstək və iştirakları ilə qonaqlara açılacaqdır. Sərgi açılışına dəvət edilən dövlət xadimləri, rəhbər işçilər, sektor nümayəndələri və əhəmiyyətli biznesmənlərin iştirakçı firmalarla üzbəüz görüşmələr həyata keçirməsi, həm sektorun tanıdılmasında, həm də əməkdaşlıq yolları mövzusunda böyük rol oynamaları planlaşdırılır. Bakı şəhəri başda olmaqla Azərbaycanın hər yerində həyata keçirilməyə davam edilən Billboard və Roll‐up çalışmaları, TV və Radio reklamları, əlaqədar nazirlik və idarələrə göndərilən VIP dəvətnamə çalışmaları və firmaların ən qabaqcıl səviyyədə məhsuldarlıq əldə etmələri üçün potansial alıcılar ilə uyğunlaşdırmaların ediləcəyi B2B çalışmaları ilə AfuExpo sərgisinin tanıtma çalışmaları bölgədə sürətlə davam edir. 12 Ölkədən 150 Qabaqcıl Firma
Bu əhəmiyyətli orqanizasiya Avropadan və dünyanın dörd bir tərəfindən sektorun qabaqcıl firmalarını bir yerə gətirir: Azərbaycandan By Art, Kafurpas, Gardenia, Abseron Botanik, Caspian Botanik, Green Life, Türkiyədən Hidromak, Güneri Makine, Erdemli Makine, Polight, As Beton, Peyart, CEm Botanik, SASBÜD, SÜSBİR, Sakarya Botanik, İstanbul Botanik, İtaliyadan Arcangeli, Piante Faro, Innocenti& Mangoni, Belçikadan Arbor, VandePutte, Almaniyadan Pflanzenhandel Lappen, Bruns, Lorberg, Hollandiyadan Fides & Greneth, İspaniyadan Ornamental Valencia, Kolombiyadan Matina Flowers AfuExponun qabaqcıl iştirakçılarından ancaq bir hissəsidir.
Dünyanın ən sürətli böyüməsini həyata keçirən ölkəsi: AZƏRBAYCAN 2015‐ci ildə Avropa Olimpiyad Oyunlarına ev sahibliyi edəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2015 –ci ili kənd təsərrüfatı ili olaraq elan etməsi ilə birgə yaşıllaşdırma layihələrinə əhəmiyyət verilmiş və prezident aparatı tərkibindən yaşıllaşdırma çalışmaları üçün böyük bir büdcə ayrılmışdır. Həmçinin 2015‐ci ildə keçiriləcək olan Bakı Avropa Olimipad Oyunları Bakı şəhəri başda olmaqla Azərbaycanın hər yerində landşaft və şəhərsalma sahəsində böyük bir müasirləşdirmə və yeniləmə çalışması başladılmışdır. Yaşıllaşdırma və landşaft ehtiyaclarıyla birgə yaşıllaşdırılan parklar üçün şəhər mebelləri və şəhər təçhizatları sahəsində və infrastruktur, xidmət və ətraf mühit tənzimləşdirilməsi sahələrində meydana gələn ehtiyacı qarşılamaq üçün AfuExpo Sərgisi iştirakçı firmalarıyla birgə bu ehtiyacları qarşılayacaq olan yeganə
platforma mövqesindədir.
12 müxtəlif ölkədən 150‐dən çox firmanın iştirakı ilə 10.000 m2 sahə daxilində həyata keçiriləcək olan AfuExpo sərgisinə 12 – 15 Mart tarixlərində 10.00 – 18 00 saatları arasında gələ bilərsiniz.