FUAD Ələsgərov : - Əgər qadının əməli kişinin də qeyrəti, əxlaqı sayılırsa, bəs nə üçün kişinin əməli qadın namusu sayılmır ?!

FUAD Ələsgərov : “ Əgər qadının əməli kişinin də qeyrəti, əxlaqı sayılırsa, bəs nə üçün kişinin əməli qadın namusu sayılmır ?! ”

 “ Əgər qadının əməli kişinin də qeyrəti, əxlaqı sayılırsa, bəs nə üçün kişinin əməli qadın namusu sayılmır?! Çünki heç vaxt kişilərin əxlaqı, qadın əxlaqı kimi təmiz və müqəddəs ola bilməz! Və yaxud da ki, heç bir qadına hörmət qalmaz...! ”

Yəqin… hər bir xanıma «ora getməyəcəksən», «bunu eləməyəcəksən», «nə deyirəm, ona qulaq as…!», deyiləndə heç olmasa yarısının ürəyindən və yaxud da dilindən bu söz keçir «niyə axı, sizə olar, bizə yox...?! Mənə… elə gəlir, yalnız patriarxat ölkələrdə bu belədir... Papaqdır, qeyrətdir, namusdur məsələləridə yalnız bu ölkələrdə abartılır… Məgər… başqa yerlərdə insanlar namusunu çölə atıb…?! Və… inanın ki, ədalət də, düzgünlük də, ən az da olsa rüşvətsiz cəmiyyət də elə dediyimiz o ölkələrdədir…» Mənim… «pulum» yazısı haqqında bir az geniş danışsaq, axırı gəlib bu yazıya «urcah» olacaq… Odur ki, şair demişkən «nə qədər bu millət var» bu mövzular bitib-tükənməyəcək… Yəni… hər ağızdan bir söz çıxacaq və hər kəs də özünü haqlı biləcək… Əgər… xarici dövlətləri nəzərdə tuturamsa, nəzərinizə çatdırım ki, nə xaricilərdə, nə də ki, bizim bəzi milyonçularda namus hesaba alınmır… Onlar… üçün fərqi yoxdur qız tərbiyəsizdir, ya da neçəsi ilə sevgili olub, atası’nın pulu var, vəssalam… Namus… pulla satın alınmaz… Yox… əgər siz də bəzi «müasir» yeniyetmələr kimi deyəcəksinizsə «Namus elə kasıblarda, ya da Azərbaycan’da qalıb…» mənim onda sizə deyiləsi sözüm olmayacaq… Namus elə namusdur… Namusu… qorumaq lazım deyil, namusu saxlamaq lazımdır…!!! İcazənizlə… mən də öz subyektiv fikrimi qeyd edim: Məlum məsələdir ki, əxlaq və milli dəyərlərimizdə «Qadın Namus…» simvolu, Kişi… də namusun qoruyucusu olaraq dəyərləndirilir… Bu… namusun pak olmağında kimin nə qədər əməyi var…?! Bax… bu bir az düşündürücü məqamdır... Bunun… üçün müqayisəyə müraciət edək... Bir… halda ki, Qadın… Kişiyə əmanət olaraq göndərilib... Əmanəti… qorumaq da Kişinin ümdə borcudur... Burda… təkcə onu bir insan olaraq qorumaqdan getmir, həm də ona məxsus Namus simvolu tək qorumaqdan söhbət gedir… Namus… alma, armud deyilki sandıqda gizlədilə... Məsələ… burasındadırki Namus qadının naməhrəmlərdən uzaq olması, öz ismət və iffətini pak saxlamasıdır… Axa... demək Qadının işi öz iffət və ismətini pak saxlamaqdır… Qorumaq yox...?! Bax… qorumaq vəzifəsini Kişi yerinə yetirir... Dediyim… kimi qadın alma, armud deyilki onun təmiz olmasında Kişi vəzifəli olsun… Kişinin… vəzifəsi onu naməhrəmlərdən, onun namusuna ləkə salacaq hallardan qorumaqdır... Qadın… pis yola gedirsə bu Kişinin aciz, zəif olmasına işarə etsə də Nakişi, qeyrətsiz sayılmır... Burda… ad qazanan Qadın olur «ƏXLAQSIZ QADIN…» Necə ki, əri türməyə düşən bir çox Qadın o yola düşərək, o adı qazanır... Kişi… o zaman Namussuz sayılarki bu halların baş verməsinə şərait yarada, göz yuma, namusunu ləkədən qorumaya... Bu… mənada kişinin papağının (namusunun…) təmiz olmasında Qadının birmənalı rolun olmasına razı deyiləm... Qadının… namusunun pak olması Qadının vəzifəsidir... Bu… vəzifəsini yerinə yetirməyən, «ƏXLAQSIZ QADIN…» adını alır… Kişinin… vəzifəsi isə bu namusa ləkə, söz gətirəbiləcək hallardan onu qorumaq, bir sözlə namusunu naməhrəmlərdən qorumaqdır... Hər kəs öz vəzifəsini bilsə günahkarı axtarmaq məcburiyyətində qalmarıq... Bu... dünyada hər kəs özünə cavabdehdir... Axirətdə... də hamı özünə görə cavab verəcək... Bilirsiniz... bu mövzu mənim ən yaralı yerimdir, mənim dostlarım heç kimin namusunu gözləmir, ona görə ki, hamının öz adı var... Ata-qardaş-ərin başucalığı kənddə, qəsəbədə göz qabağındadır... Bəs... böyük şəhərlərdə yaşayan və atasını, qardaşını heç kim tanımayan qızlar, qadınlar...?! Lap... elə olsun iş yeri, əgər hansısa qadın özünü düz aparmırsa və onun atasını, qardaşını heç kim tanımırsa burda kimin adı hallanır...?! Onu... demək istəyirəm ki, hər insan hər hərəkəti ilə öz hörmətini, öz adını, öz namusunu qoruyur... Onu... qeyd edim ki, ata-qardaşı tanınmayan qadının əzizlərinə ən azı söyüş ünvanlanır... Hətta... qeyrət söyüşü... Bu... söyüşləri burda yazmağın mənası yoxdur, hamıya məlumdur... Əlbətdə ki, ismət, qeyrət-namus Qadın və ya Kişi özlərinin adına görə qorunur ilk öncə, ancaq nəsil, qardaş, ata da var və kimsənin onların haqqını tapdalamağa haqqı yoxdur... Bacının... üzərində ata-qardaş haqqı vardır...!!! Qadın... öz namusunu özü qorumalıdır... Nəyə... görə bir başqası qadının namusunu qorumalıdır... Qohumu-qardaşıdır deyə...?! Hər kəs bu həyatda özü üçün yaşayır... Bəli... bu mübahisə hər kəsin yaralı nöqtəsidir, yuxarıda qeyd etdiyim kimi «Əlbətdə ki, ismət, qeyrət-namus Qadın və ya Kişi özlərinin adına görə qorunur ilk öncə, ancaq nəsil, qardaş, ata da var və kimsənin onların haqqını tapdalamağa haqqı yoxdur...» Bacının... üzərində ata-qardaş haqqı vardır...!!! Hər kəsin götürmə qabiliyyəti ayrıdır... Əsaslı... belələri ya qərəzli olaraq, ya da etdiyinin fərqinə varmadan addım atırlar... Həqiqətən də çox aktual mövzudur... «Burada maraqlı bir təzad da var... Əgər... Qadının əməli Kişinin də qeyrəti, əxlaqı sayılırsa, bəs nə üçün Kişinin əməli Qadın namusu sayılmır...?! Çünki... heç vaxt Kişilərin əxlaqı Qadın əxlaqı kimi təmiz və müqəddəs ola bilməz...! Və... yaxud da ki, heç bir Qadına hörmət qalmaz...!»

Hər şey necə nizamlanıbsa, qoy elə də qalsın...


Məqalənin müəllifi: “AzPRESS.az” Sayt’ının Fotomüxbiri FUAD Ələsgərov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !