Şəki Dram Teatrında yeni tamaşalar -

Şəki Dram Teatrında yeni tamaşalar

Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görülmüş Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır.
Əhməd Orucoğlunun "Oğru" pyesi əsasında hazırlanan tamaşa üzərində məşqlər başa çatmaq üzrədir.
Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin bildirdiyinə görə, səhnə əsəri martın sonunadək sənətsevərlərə təqdim olunacaq. Əbülfət Salahovun quruluş verdiyi tamaşada əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Briliant Babayeva, Akif Yusifov, Çinarə Səmədova və başqaları ifa edirlər.
Teatrın yaradıcı kollektivi apreldə ispan yazıçısı Migel de Sevantesin "Don Kixot" əsəri əsasında tamaşanın məşqlərinə başlayacaq. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !