Qocalar Evində Onlarla Bir Gün adlı xeyriyyə tədbiri keçirildi - FOTO

“Qocalar Evində Onlarla Bir Gün” adlı xeyriyyə tədbiri keçirildi FOTO

Bu… xeyriyyə işinin təşkilatçısı “İB Klub”un üzvü olan gənc xanım TÜRKAN BƏKİRLİ’dir… “İB Klub”un üzvləri olan… gənc Xanımlar və Bəylərlə Bakı şəhərinin Bilgəh qəsəbəsində yerləşən “Qocalar Evinə (Müharibə və Əmək Əlilləri üçün Pansionatı)” Qocalara yardım etmək məqsədi ilə ziyarət etdik… Xanımlar: Nigar, Jalə, Sara, Günay, Aisə, Mehin, Nara və Ema xanım… Bəylər: Elvin, Azər, Rəsul, Elman, Emin, Ülvi, bir də mən…

“Qocalar Evi”nə... getməkdə və onlara yardım etməkdə məqsədimiz oradakı ağbirçək və ağsaqqal insanlarımızın üzündə bir balaca da olsa təbəssüm yaratmaq, onların yanında olduğumuzu hiss etdirmək idi... Hər birimiz onların “Novruz Bayramı”nı səmimi qəlbdən təbrik edir, onlara qulluq etməkdən fərəh duyurduq və onlarda bayram əhval-ruhiyyəsi yaratmağa çalışırdıq... Hamımız... bilirik ki, qocalara kömək etməliyik... Çünki... biz də nə vaxtsa yaşlanacağıq... Bizə... də gənc nəsil kömək etsin... Biz... onlara əlimizdən gələn köməkliyi göstərirdik... Onlarla... hətta birgə rəqs edir və əylənirdik... Məndə... belə qeyri-adi bir təsəvvür yaranmışdı, sanki ağbirçəklər və ağsaqqallar öz doğma qızlarının, oğlanlarının, nəvələrinin onların yanına gəldiyinə görə sevinir, eləcə də biz də öz doğma nənələrimizin və babalarımızın yanındayıq... Hamımızın... üzündə təbəssüm görünürdü... Onlar... sevinir və bizə öz dərin minnətdarlıqlarını bildirirdilər ki, biz onları görməyə gəlmişik... Onlar... xoşbəxt görünürdülər...

Mən... qocalarla həmsöhbət edirdim... Onlardan... bəziləri mənə maraqlı məsləhətlər də verdilər... Oğlum... Ana’na və Ata’na yaxşı bax dedilər...! Nübar... adlı nənə mənə dedi ki,  mənim özümün çoxlu sayda yazdığım məqalələrim də var... Xanım... adlı nənənin sözü o oldu ki, mən evsiz-eşiksiz idim... Kirayə qalırdım və mən Türkan xanımdan xahiş etdim məni bura gətirsin... Ondan... çox razıyam... O... məni bura gətirdi... ALLAH... ondan razı olsun... Bura... çox yaxşıdır... İndi... burda yaşayıram Allah’a şükür... Sonra da... bütün “Qocalar Evi’nin sakinləri (170 nəfər sakin) adından bizim hər birimizə təşəkkür etdi... Gəlmisiniz, bizi ziyarət etmisiniz... Yenə... gəlin və bizi sevindirin dedi...!

Sonda... onlardan ayrılmaq vaxtı gəldi və mən onların hər birinə baxa-baxa, düşünə-düşünə yenidən bura gəlmək və onları görmək ümidilə ayrıldım...

ALLAH... ağbirçəklərimizi və ağsaqqallarımızı qorusun...! Amin...!!

Kimsəsiz... uşaqlara, Yoxsullara, Qocalara və hər hansı bir insanın maddi yardıma, köməyə ehtiyacı varsa onlara kömək əlinizi uzadın… Kömək edin… Bacardığınız qədər onlara yaxşılıq edin... Yolunuzu yaxşılıqdan salın… İnsanın... bu dünyada əlindən gəldiyi iş, yaxşılıq etməkdir... Yaxşılıq edin, ALLAH... əvəzini verər...!


Məqalənin müəllifi və Foto-REPORTAJ: “AzPRESS.az” Sayt’ının Fotomüxbiri FUAD Ələsgərov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !