Musiqili Komediya Teatrin "YENİ İL ŞƏNLİKLƏRİ" -

Musiqili Komediya Teatrin "YENİ İL ŞƏNLİKLƏRİ"

AzPRESS xəbər verir ki, Musiqili Komediya Teatrının kollektivi hər il olduğu kimi, bu il də balaca tamaşaçılarını unutmayıb, uşaqlara mənalı istirahət etmək üçün zəngin repertuar hazırlayıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə ilin son günlərində yaradıcı heyət balaca tamaşaçılarını Arzu Soltanın "Qış bayramı" tamaşası ilə sevindirəcək. Dekabr aynının 25-də premyerası keçirilən tamaşa teatrın, 2011-ci ildə tamaşaçıların ixtiyarına verdiyi son yaradıcılıq işidir.
Əsərə gənc rejissor Anar Məmmədov quruluş verib. Tamaşada balacaların maraqla izləyəcəkləri personajları Rəsmiyə Nurməmmədova, Güldanə Əzimova (İfritə), Elçin İmanov, Fərid Rzayev (Canavar), Türkel Şabanova, Nigar Qarayeva (Qırmızı papaq), Mehriban Zalıyeva, Gülçöhrə Abdullayeva (Pişik), Röya Xasıyev (Xoruz), Hüseyn Əlili, Elməddin Dadaşov (İt), Ağaxan Şərifov, Elməddin Dadaşov (Uzunqulaq) ifa edirlər.
Onu da qeyd etmək lazımdır ki, tamaşadan əvvəl "Yeni il" bayramının rəmzləri olan Şaxta baba və Qar qız uşaqları qarşılayacaq, onları əyləndirəcək və hədiyyələr təqdim edəcək. Şaxta baba rolunda Novruz Qartal və Məhərəm Qurbanov, Qar qız rolunda Gülnar Əzizova, Gültac Əlili və Xəyalə Fərəcova çıxış edəcəklər.
Qeyd edək ki, Musiqili Komediya Teatrının yaradıcı heyəti başqa günlərdən fərqli olaraq, gələn il yanvarın 6-na kimi daha məhsuldar işləyəcək. Belə ki, kollektiv gündə 4 seans olmaqla saat 10:30, 12:30, 14:30 və 16:30-da balaca tamaşaçılar qarşısına çıxacaq. Qeyd edək ki, sənət ocağının binası hazırda təmirə bağlı olduğu üçün yeni il tamaşaları Dənizçilərin Mədəniyyət Evində nümayiş etdiriləcək.
Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !