Musa Qasımlı: - ...Bakıda azərbaycanlılara qarşı törədilən soyqırım bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir

Musa Qasımlı: ...Bakıda azərbaycanlılara qarşı törədilən soyqırım bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir

1918-ci il 31 martda erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırım bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən ibrət alsaydıq, müstəqil dövlətimiz olsaydı və güclü olsaydı, 31 mart bəlkə də olmaya bilərdi. Əgər 31 martdan ibrət alsaydıq və güclü dövlətimiz olsaydı, onda Xocalıda törədilən 

soyqırım olmazdı. Hesab edirəm ki, belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün dövlətimiz və millətimiz güclü olmalıdır.
Sizə Rusiya və Gürcüstan arxivlərində saxlanılan üç fotoşəkli təqdim edirəm. Fotoşəkillərdən ikisi 1918-1920-ci illərdə daşnaklar tərəfindən İrəvan ətrafında dağıdılmış azərbaycanlılara məxsus yaşayış məntəqəsinindir. Digər bir fotoşəkil isə 1918-ci ildə Bakıda daşnak dəstəsidir. Fotoşəklin altındakıyazıdan aydın olur ki, birinci cərgədə soldan sağa oturan ilk adam Azərbaycan xalıqının kütləvi surətdə öldürülməsində xüsusi ad çıxarmış Stepan Şaumyanın oğlu Suren Şaumyandır.

Musa Qasımlı  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !