BSU-da 31 Mart Soyqırımı qurbanları yad edilib -

BSU-da 31 Mart Soyqırımı qurbanları yad edilib

Bakı Slavyan Universitetində 1918-ci il 31 Mart- Azərbaycanlıların Soyqırımının 97-ci il dönümünə həsr edilmiş anım mərasimi keçirilib. Tədbir universitetdə fəaliyyət göstərən tələbə özünüidarəetmə qurumu - Kölgə Kabinetinin təşkilatçılığı ilə baş tutub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Xəlfə rektor Afaq Yusifli, elmi işlər üzrə Xəlfə prorektor Zamirə Həsənova soyqırımıla bağlı geniş məruzələrlə çıxış ediblər. Onlar bildirblər ki, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, məşəqqətlərə məruz qalmışdır. Ulu öndər Heydər Əliyevin 27 mart 1998-ci il «31 Mart Azərbaycanlıların Soyqırımı haqqında» Fərmanı ilə 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Dəhşətli qırğınların heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini deyən tələbələr qeyd ediblər ki, biz gənclər belə ağrı – acılı günlərimizi var olduqca unutmayacağıq.
Tədbirdə Kölgə Kabinetinin üzvləri, BSU-nun Məktəb-lisey Kompleksinin şagirdlərinin ifasında vətənpərvərliklə əlaqədar esselər, şeirlər səsləndirilib, Tayvan, Çin, Sinqapurda yaşayan əcnəbi tələbələrin soyqırımla bağlı fikirlərini əks etdirən video-çarx nümayiş olunub. Universitetdə təhsil alan türkmənistanlı tələbə İradə Əliyeva, pakistanlı tələbə Rahman Ahmad də soyqırımla əlaqədar fikirlərini iştirakçılarla bölüşüblər.
Sonda BSU-nun rektoru, professor Asif Hacıyev mərasimə təşkilatçılıq edən tələbələrə minnətdarlığını bildirib, soyqırımla bağlı danışıb: “Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün dünyada sivil insanlara qarşı yönəlmiş soyqırımdır. Bu dəhşətli faciə barədə məlumatları həm dünya dövlətlərinə, xalqlarına, həm də Azərbaycan gənclərinə çatdırmaq hər bir azərbaycanlının borcudur. Biz buna əminik ki, 31 Mart soyqırımı dünya arenasında öz layiqli qiymətini tapacaqdır”. Rektor gəncləri Heydər Əliyev yolunun davamçısı, prezident İlham Əliyevin siyasi kursu ətrafında birləşməyə çağırıb, bu mübarizədə qalib gələrək torpaqlarımızı azad edib şəhidlərimizin qanını yerdə qoymayacağımızı əminliklə vurğulayıb.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !