Musa Qasımlı : - Ermənilər sülh dini olan xristianlığa daim ləkə vurublar və indi də vururlar

Musa Qasımlı : Ermənilər sülh dini olan xristianlığa daim ləkə vurublar və indi də vururlar

 Ermənilər
sülh dini olan xristianlığa daim ləkə vurublar və
indi də vururlar

Ermənistan Respublikası və erməni diasporası tarixdə heç bir zaman olmayan uydurma soyqırımın 100 illiyinə hazırlaşır. Müxtəlif ölkələrin arxivlərində uzun illər boyu “tam məxfi”, “məxfi” və “xidməti istifadə üçün” qrifləri altında saxlanılan sənədlər üzərində işləyən peşəkar tarixçi olaraq söyləyə bilərəm ki, erməni silahlı dəstələri dinc azərbaycanlılara və türklərə qarşı kütləvi qırğınları əvvəlcə XIX əsrin 80-90-cı illərində, 1905-1906-cı illərdə və 1914-1918-ci illərdə törədiblər, daha sonra isə azərbaycanlılara məxsus tarixi torpaqlarda yaradılan daşnak Ermənistanı 1918-1920-ci illərdə dövlət səviyyəsində dəhşətli soyqırımı həyat keçirib, özlərinin cinayətlərini gizlətmək üçün “erməni soyqırımı”nı uydurublar. Onlar bəşəriyyətə və sivilizasiyaya qarşı bu qəddar cinayətləri törədərkən Anadoluda, Cənubi Azərbaycanda, İrəvan quberniyasında və indiki Azərbaycan Respublikası ərazisində olan erməni kilsələrindən silah anbarı kimi istifadə ediblər, bəzi keşişlər isə əllərinə silah alıb, dinc əhalini qıran dəstələrə başçılıq ediblər.
Söylədiklərimin sübutu olaraq ermənilərin özlərinin 1915-ci ilin əvvəllərində çəkdiyi üç fotoşəkli təqdim edirəm: birinci fotoşəkildə əlində silah tutan 75 yaşlı keşiş Ter-Qriqor Dərələyəzəskinin dinc türk əhali üzərinə hücum edən dəstəyə başçılıq etməsi; ikinci fotoşəkildə bütün ermənilərin katolikosu V Gevorkun erməni silahlı dəstələrinə xeyir-dua verməsi; üçüncü fotoşəkildə isə keşişlərin erməni bandalarının sıralarına daxil olanlara dua etmələri əks olunub. “Soyqırım”dan danışan ermənilər görəsən, bu fotoşəkillərin izahını verə bilərlərmi?
Ümid edirəm ki, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Rusiya, İspaniya, Macarıstan, Polşa, Gürcüstan və b. ölkələrdəki tarixçilər, siyasətçilər, diplomatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri və xristian din adamları bu fotoşəkilləri gördükdən sonra erməni xadimlərinin xirtdəyindən tutub soruşacaqlar: hələ 1915-ci ilin əvvəllərində - Osmanlı dövlətini arxadan vuran ünsürlərin yaşayış yerinin dəyişdirilməsinə qədər çəkdiyiniz bu fotoşəkillər nədir və utanmazcasına uydurduğunuz, haray-həşir qopardığınız “soyqırım” nədir? Sizə kim ixtiyar verib ki, sülh, birgəyaşayış dini olan xristianlığa ləkə vurursunuz? Güman edirəm ki, bu fotoşəkilləri gördükdən sonra Avropada və Amerikada bir normal adam ermənilərin uydurma soyqırımını hər hansı bir təəssübkeşliklə müdafiə etməz.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !