Kiş kəndində səyyar qəbul - FOTO - Şəki (AZpress.AZ)

Kiş kəndində səyyar qəbul FOTO - Şəki (AZpress.AZ)

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov aprelin 2-də Kiş kəndinin sakinləri ilə görüşmüşdür.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Görüşün əvvəlində ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur. Bildirilmişdir ki, son dövrlər kənddaxili yollara fərş döşənmiş, yeni uşaq bağçası və poçt binası tikilmiş, kəndin mərkəzinə gələn yollar işıqlandırılmış, kəndin cənub və şimal hissəsində Kiş çayının şərq sahilindəki fərdi evlərin seldən mühafizəsi məqsədilə 200 metr beton bənd tikilmişdir.
Kənd sakinləri Mənsurə Xasməmmədova, Tahir İslamov, Polad Eyvazov, Mehman Musayev və başqaları çıxış edərək Kiş kənd 2 və 4 №-li tam orta məktəblərinin əsaslı təmiri, kəndin “Duluzlar” məhəlləsində qaz xəttinin bərpası, “Cavan” məhəlləsində yeni yaşayış massıvinə qaz xəttinin çəkilməsi, kənd ərazisində elektrik naqıllərinə toxunan ağacların budanması və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !