YARAT Müasir İncəsənət Məkanı “Müasir?” (“Contemporary?”) adlı rəqs performansını təqdim edir -

YARAT Müasir İncəsənət Məkanı “Müasir?” (“Contemporary?”) adlı rəqs performansını təqdim edir

YARAT Müasir İncəsənət Məkanı “Müasir?” (“Contemporary?”) adlı rəqs performansını təqdim edir
Xoreoqrafiya və ifa: Mantas Stabačinskas, Agnė Ramanauskaitė və Paulius Tamolé
Rəqs performansı: 14 aprel 2015-ci il, Azərbaycan Dövlət Rus Dram Teatrı, saat 19:00
Rəqs məşğələsi: 15 aprel 2015-ci il, Azərbaycan Dövlət Rus Dram Teatrı, saat 16:00 (yalnız öncədən qeydiyyat keçmiş və seçilmiş namizədlər)

“Müasir?” (“Contemporary?”), Mantas Stabačinskas, Agnė Ramanauskaitė və Paulius Tamolé.Litva, 2013
YARAT və Litvanın “Arts Printing House” Mərkəzi böyük məmnunluq hissi ilə birlikdə “Müasir?” (“Contemporary?”) adlı performansı təqdim edirlər. Artıq “Qızıl Səhnə Xaçı” ilə təltif olunmuş (2013) bu rəqs tamaşası aprelin 14-də Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş etdiriləcək. Aprelin 15-də isə performans ifaçılarından biri olan Agnė Ramanauskaitė tərəfindən rəqs məşğələsi də keçiriləcək.