Şəki Dövlət Dram Teatrında yeni tamaşanın premyerası keçirilib - FOTO - ŞƏKİ (AZpress.AZ)

Şəki Dövlət Dram Teatrında yeni tamaşanın premyerası keçirilib FOTO - ŞƏKİ (AZpress.AZ)

Aprelin 7-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Əhməd Orucoğlunun “Oğru” komediyası əsasında səhmələşdirilmiş eyniadlı tamaşanın premyerası keçirilib.
Premyerada şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, sənətsevərlər, qonaqlar iştirak ediblər.
Tamaşanın quruluşçu rejissoru Əbülfət Salahov, rəssamı Tural Möyüfov, musiqi tərtibatçısı İlqar Saatovdur. Tamaşada əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Briliant Musayeva, Akif Yusifov, Çinarə Səmədova və başqaları ifa ediblər. Yeni tamaşa böyük maraqla qarşılanmışdır.
Qeyd edək ki, teatrın yaradıcı kollektiv bu yaxınlarda ispan dramaturqu Migel de Servantesin “Don Kixot” əsəri üzərində məşqlərə başlayacaq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !