Gənclərin Peşə Reabilitasiya Mərkəzi Musiqili Teatra təşəkkür edib -

Gənclərin Peşə Reabilitasiya Mərkəzi Musiqili Teatra təşəkkür edib

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramıyla çıxış edib. Konsert proqramı çərçivəsində “Hərənin öz ulduzu” (S. Ələsgərov, İ. Məlikzadə), “Adamın adamı” (V. Adıgözəlov, Anar) tamaşalarından parcalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Bu münasibətlə mərkəzin rəhbəri Rəhilə Həsrətova Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə təşəkkür məktubu ünvanlayıb. “Mərkəzimizdə keçirilən bədii gecədə iştirak etmək üçün dəvətimizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi yumor və gülüş dolu çıxışları ilə sağlamlıq imkanları məhdud gənclərin qəlbini fəth etdi. Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Naidə Orucova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, vokalçı artist Şaban Cəfərov, Nigar Tofiq, balet truppasının üzvləri Murad Əliyev və Cəlalə Novruzlunun çıxışları mərkəzin gənclərinə gözəl əhval-ruhiyyə yaşatdı. Musiqili Teatrın əlil gənclər qarşısında yüksək səviyyədə və maraqlı proqramla çıxışını təmin etdiyinizə görə Sizə dərin təşəkkürümüşü bildirirəm” deyə məktubda qeyd olunur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !