Azərbaycanlı ifaçı beynəlxalq festivalın laureatı olub -

Azərbaycanlı ifaçı beynəlxalq festivalın laureatı olub

Moskva Dövlət Konservatoriyası nəzdində akademik musiqi kollecinin tələbəsi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəal üzvü Jalə Kərimova P.İ.Çaykovskinin 175 illiyinə həsr edilmiş "Bequşşaya volna" uşaq və gənclər yaradıcılığı beynəlxalq festival-müsabiqəsinin laureatı olub.
Moskva musiqi məktəblərinin yetirmələrinin iştirak etdiyi festivalda gənc skripkaçı Manuel de Falın "İspan rəqsi"ni ifa edib. Festival-müsabiqənin iştirakçılarını qiymətləndirən münsiflər heyətinə Rusiyanın tanınmış mədəniyyət xadimləri, A.Q.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun müəllimləri daxil idi.
Festivalın sonunda təşkil edilmiş qala-konsertdə Jalə Kərimova "İspan rəqsi"ni bir daha ifa edib. Ona "P.İ.Çaykovski və Moskva" muzeyinin fəxri diplomu təqdim edilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !