ARGTMŞ-ın sədri regionlardakı üzv təşkilatları ilə görüşüb -

ARGTMŞ-ın sədri regionlardakı üzv təşkilatları ilə görüşüb

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə Azərbaycanın regionlarına səfəri çərçivəsində ARGTMŞ-ın Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərən üzv təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri ilə görüşüb.
Gəncə şəhərində keçirilən görüşdə bu şəhərdə fəaliyyət göstərən “Odlar Yurdu” Gənclər İctimai Birliyi, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi, “Gənc Liderlər Təhsil-Təlim və İnkişaf” İctimai Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin Gəncə filialı, Şəki şəhərində keçirilən görüşdə “Gənc Novatorlar” İctimai Birliyi, "Yaddaş" Maarifçi Gənclər İctimai Birliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Şəki Regional Debat mərkəzinin rəhbər və səlahiyyətli nümayəndələri iştirak edib.
Görüşlər zamanı ARGTMŞ və onun regionlarda fəaliyyət göstərən üzv təşkilatları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, bu istiqamətdə birgə proqramların həyata keçirilməsi məsələsinə toxunulub və təkliflər səsləndirilib. Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar kəndlərdə insan kapitalının inkişafında regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının rolundan danışılıb. ARGTMŞ-ın sədri Şahin Seyidzadə bildirib ki, ARGTMŞ daima regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarını diqqət mərkəzində saxlayır və onlarla əməkdaşlıqda maraqlıdır. O, həmçinin qeyd edib ki, ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Yerli Gənc” Kənd Gənclərin İnkişaf Proqramı üzv təşkilatlarla əməkdaşlıq əsasında kənd gənclərin inkişaf etdirilməsini nəzərdə tutur. Görüş zamanı həmçinin qarşıdan gələn “Bakı 2015” 1-ci Avropa Oyunları ilə bağlı gənclər arasında maarifləndirmənin aparılmasının vacibliyi vurğulanıb. Görüşlər qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 20 ildir fəaliyyət göstərir və Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən 112 gənclər təşkilatını və minlərlə gənci birləşdirir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !