Şəkidə 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir - FOTO - ŞƏKİ (AZpress.AZ)

Şəkidə 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir FOTO - ŞƏKİ (AZpress.AZ)

Aprelin 16-da Şəki Şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində bu ilin ilk üç ayında rayonda faktiki qiymətlərlə 57 milyon 393 min manatlıq məhsul istehsal olunduğu bildirilib. Diqqətə çatdırılıb ki, birinci rübdə Şəkidə əmtəə dövriyyəsinin ümumi həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 77 milyon 992 min manat olub. Rüb ərzində istehsal və qeyri-istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyaların həcmi 4 milyon 993 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 faiz çoxdur. Birinci rübdə rayonda 270 yeni iş yeri açılıb.
Rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, rüb ərzində 522 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilməklə, yardım alan ailələrin ümumi sayı 2042-yə çatdırılıb.
Qeyd olunub ki, “Kənd təsərrüfatı ili”nin ilk üç ayında Şəkidə aqrar sahədə məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılıb, 2015-ci ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 61 min 231 hektar sahəyə aqrotexniki qulluq olunub. Artıq Şəkidə aqroparkın yaradılması istiqamətində də işə başlanılıb. 130 hektara yaxın ərazini əhatə edəcək aqroparkda hazırda meyvə bağlarının salınması istiqamətində iş aparılır. Ərazidə istixana təsərrüfatının yaradılması da nəzərdə tutulur. Əsas məqsəd Şəkidə kənd təsərrüfatının ənənəvi sahələrindən hesab olunan meyvəçiliyi inkişaf etdirmək, eyni zamanda, tərəvəz istehsalını genişləndirməkdir. Bundan əlavə, hazırda rayonda hind toyuğu əti və məhsullarının istehsalı ilə bağlı yeni layihə də həyata keçirilir.
Bildirilib ki, hesabat dövründə ətraf mühitin qorunmasına, yaşıllığın artırılmasına xüsusi diqqət yetirilib, IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun müxtəlif ərazilərində 20 min ədəd ağac əkilib. Baş Göynük, Baş Şabalıd, Göybulaq və Qoxmuq kəndlərində yeni məktəb binalarının tikintisi artıq başa çatmaq üzrədir, Qaratorpaq kəndində isə 180 yerlik yeni məktəb binasının inşasına başlanılıb.
Birinci rübdə Kiş kəndi ərazisində “Marxal” istirahət kompleksinin, Şəki şəhərində “Gənclər evi”nin, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 5 fərdi yaşayış evinin, Baş Göynük kəndində idman zalının tikintisi davam etdirilib. Dünya Bankının dəstəyi və Ədliyyə Nazirliyinin sifarişi ilə inşa edilən “Məhkəmə kompleksi”nin 2015-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.
Hesabat məruzəsində, həmçinin birinci rübdə əhalinin təbii qaz, elektrik enerjisi və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən də ətraflı bəhs edilib, qarşıda duran vəzifələrə toxunulub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !