"Toya bir gün qalmış" tamaşası - FOTO (YENİLƏNDİ)

"Toya bir gün qalmış" tamaşası FOTO (YENİLƏNDİ)

25-26 aprel tarixlərində Azərbaycan Dövlət Musiqili Teatrında Respublikanın Xalq artisti, “Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının 60 illik yubileyinə həsr olunan Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası böyük uğurla keçib. Teatrın Mətbuat xidmətindən bildirilib ki, iki gün ard-arda nümayiş olunan tamaşa anşlaqla keçib. Afaq xanımın hər dəfə səhnəyə gəlişini böyük coşquyla qarşılayan tamaşaçılar sonda uzun müddət onu ayaq üstə alqışlayıblar. Bu coşqu, səngimək bilməyən alqışlar Afaq Bəşirqızının Azərbaycan xalqı tərəfindən necə böyük bir məhəbbətlə sevildiyinin əyani subutu, bənzərsiz aktrisaya tamaşaçı sevgisinin parlaq nümayişi idi.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur. Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov özü ifa edir. Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.
Tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Ziyadxan Cəbrayılov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov iştirak edirlər.

 



***

 

Azərbaycan Dövlət Musiqili Teatrı yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" tamaşasının premyerasını təqdim etdi. Tamaşanın rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Əskər Əskərovdur. Tamaşada Azərbaycanın xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salmanova, Moyle Mirzəliyeva, Gültac Əlili, Hüseyn Əlili iştirak edib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !