Musiqili Teatrın sevilən tamaşaları hansılardır? -

Musiqili Teatrın sevilən tamaşaları hansılardır?

Yekunlaşmaqda olan aprel ayı ərzində Azərbaycan Dövlət Musiqili Teatrında bir-birindən maraqlı 20-yə yaxın tamaşa nümayiş olunub. “Ər və arvad” (Ü. Hacıbəyli), “www.ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), “Yatmış gözəl və cırtdanlar” (Ş. Perpo, səhnələşdirəni A. Sadıqov), “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva), “Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts, tərc. C. Məmmədov), “Skapenin kələkləri” (J.B. Molyer), “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Qızıl toy” (O. Kazimi, R. Heydər) səhnə əsərlərini tamaşaçıların daha böyük maraq və diqqətinə səbəb olduqları üçün ümumilikdə teatrın ən sevilən tamaşaları sırasına daxil etmək olar. Bu əsərlərin nümayişi zamanı tamaşa salonunda boş yerlərin olmaması deyilənlərə əyani sübutdur. Eyni zamanda aprel ayı Musiqili Teatrda daha yeni bir tamaşanın – Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası ilə də əlamətdar oldu. Respublikanın Xalq artisti, milyonların sevimlisi, “Şöhrət” ordenli Afaq Bəşirqızının 60 illik yubileyinə həsr olunan səhnə əsəri bu ay 3 dəfə nümayiş olunmasına baxmayaraq hər dəfə böyük anşlaqla keçdi. Heç vaxt Musiqili Teatrı tək qoymayan sadiq tamaşaçılar bu sənət məbədində may ayında da bir-birindən maraqlı səhnə əsərlərini izləyə bilərlər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !