Musiqili Teatrın 2015-ci kvartal ı - FOTO

Musiqili Teatrın “2015-ci kvartal”ı FOTO

Azərbaycan Dövlət Musiqili Teatrında daha bir yeni tamaşanın məşqlərinə start verilib. Söhbət İlqar Fəhminin “2015-ci kvartal” əsərindən gedir. Teatrın Mətbuat xidmətindən bildirilib ki, yaradıcı heyyəti əsasən gənclərdən ibarət olan bu tamaşanın quruluşçu-rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir. Qeyd edək ki, bu tamaşa ilə onlar Musiqili Teatrda rejissor kimi debüt edəcəklər. “İnsanların mənəvi aşınması, cəmiyyətdə təmiz və köməksiz insanların iç dünyası, köhnə Bakı haqqında nostalji hisslər və əzəmətli yeni Bakı haqqında düşüncələr tamaşanın leytmotivini təşkil edir. Səhnə əsərinin “2015-ci kvartal” adlandırılması da təsadüfi deyil. Hamı inanır ki, 2015-ci il böyük layihələrlə, yeniliklərlə yadda qalacaq. Təqribən bir aydan sonra start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun əyani subutudur”, - deyə Anar Sadıqov və Əlif Cahangirli tamaşa haqqında danışarkən bildiriblər.
Qeyd edək ki, tamaşanın quruluşçu-rəssamı Elgün Vəliyev, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.
Tamaşada Gültac Əlili, Əliməmməd Novruzov, Emil Heydərov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Nicat Əli, Fərid Rzayev, Nərmin Əliyeva, Rəmail Bayramlı kimi gənc aktyorlarla yanaşı, təcrübəli aktyorlar - Xalq artisti Ramiz Məmmədov, Əməkdar artist Şövqi Hüseynov və Nadir Xasıyev iştirak edir.
Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətovdur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !