Adnan Oktar: - İslamda qadın dəyərlidir
XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Prezident İlham Əliyev hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub
-DİN
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
Adnan Oktar: İslamda qadın dəyərlidir
Tarix: 30-4-2015 // saat: 11:35   -DİN
Allah`ın bütün bəşəriyyət üçün xilaskar olaraq göndərdiyi mübarək Peyğəmbərimiz... 
Allah`ın bütün bəşəriyyət üçün xilaskar olaraq göndərdiyi mübarək Peyğəmbərimiz hz. Muhamməd (səv) dərin imanı, ağlı, gözəl əxlaqı, əsaləti və nəzakəti ilə bütün insanlar üçün gözəl örnəkdir.
Peyğəmbərimiz (səv) tez-tez insanlara iltifat edər, söhbət edərək onları razı salardı. Hamının fikrinə hörmət edər, uzlaşdırıcı və mülayim rəftar edərdi. Həmişə insanlara pis və incidici söz deməkdən çəkinər, qarşısındakı insanın həmişə yaxşı cəhətlərini dilə gətirərdi. O insanların ən gözəl əxlaqlısı idi. Rəbbimiz bir ayəsində Peyğəmbərimizin (səv) bütün İslam aləminə nümunə olan üstün əxlaqını belə bildirir:
“Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır. Həqiqətən də, sən böyük əxlaq sahibisən!”(Qələm surəsi, 3-4)
Peyğəmbərimiz (səv) qadınlara verdiyi dəyərlə, onlara göstərdiyi hörmət, sevgi, şəfqət və mərhəmətlə də bütün İslam dünyasına yol göstərib.
Qadını ikinci sinif varlıq kimi dəyərləndirən fikirlərin mənbəyi İslamdan əvvələ dayanır. Qədim ərəb cəmiyyətlərində qız uşağı olanda yaxşı qarşılamır və hətta onları diri-diri torpağa basdırırdılar. Hətta qadınların əşya kimi alınıb satıldığı dövrlər də olmuşdur. Lakin İslam və İslamın nuru olan Peyğəmbərimizin (səv) vəsiləsi ilə Allah`ın Quranda çiçəyə bənzətdiyi qadınlar ucaldılmışdır.
Peyğəmbərimiz (səv) qadınları Allah`ın bizə əmanəti kimi dəyərləndirərək baş tacı etmiş, onların azad olduğu, cəmiyyətdə qorxusuz, rahat gəzib-dolaşdığı, sadəcə təmizlik, yemək, paltar kimi ev işlərinin yüklənilmədiyi çox dəyər verilən bir sistem qurmuşdur.
Peyğəmbərimiz (səv) öz xanımlarına qarşı da çox diqqətcil idi. İmanlarını, sağlıqlarını, elmlərini, sevinclərini artırmağa köməklik göstərirdi. Rəvayətlərdə sevinmələri üçün onlarla oyunlar belə oynadığı, qaçış yarışları keçirdiyi bildirilir. Səhabələr deyir ki, Peyğəmbərimiz (səv) xanımları ilə ən çox zarafat edən insan idi. (1) Hz. Aişədən rəvayət edilən bir hədisə görə isə “xanımlarına qarşı insanların ən mülayimi, ən kərimi, gülər üzlüsü və təbəssümlüsü idi” (2)
Peyğəmbərimizin (səv) qadınlara qarşı göstərdiyi gözəl əxlaq şübhəsiz ki, bütün İslam dünyasına nümunə olmalıdır. Müsəlmanlar qadınlara göstərdikləri sevgi, hörmət və nəzakətdə, üstün əxlaqda, gözəl sözlü olmaq, gözəl davranış göstərməkdə bir-biriləri ilə yarışmalıdırlar.
Hədisdə bildirildiyi kimi qadınları sevmək peyğəmbərlərin əxlaqındandır. (3)
Peyğəmbərimiz (səv) “qadınlara qarşı sevgisi çoxalmadığı təqdirdə, bir insanın imanının artacağını düşünmürəm” demişdir. Yəni insanın imanı nə qədər çoxdursa, o qədər də qadınları sevib dəyər verəcəkdir.
Allah`ın rəsulundakı bu gözəl əxlaqa müsəlmanlar eynilə yiyələnməlidir. O şəfqətlidirsə, müsəlmanlar da şəfqətli olmalı, o qadınları sevirsə, onlar da qadınları sevməli və dəyər verməli, o uşaqları sevirsə, müsəlmanlar da uşaqları Allah`ın razılığı üçün sevməlidirlər.
Allah Quranda üstünlüyün cinsiyyətə görə deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva ilə olduğunu bildirir və qadınları çiçəyə bənzədir:
“Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi. Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir.” (Ali İmran surəsi, 37)
Qurana əsasən qadın zərif, qayğı göstərilən bir çiçəkdir, amma eyni zamanda qərarlar verən, idarəçi ola bilən bir məqama da sahibdir. Peyğəmbərimiz (səv) ümmətinə həmişə müsəlman kişi ilə müsəlman qadının daşıdığı məsuliyyətlərinin eyni olduğunu bildirir. Buna görə də Allah Quranda kişi və qadın arasında ayrı-seçkilik salmadan “mömin kişilər və mömin qadınlar”-deyə xitab edir.
“Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allah’a) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allah’ı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.”(Əhzab surəsi, 35)
Lakin hələ də insanlarda qadına qarşı yanlış düşüncələr dəyişməyib. Bütün dünyada qadınlar ikinci plana atılır, alçaldılır, zorakılığa, təzyiqlərə məruz qalır və onlara qarşı pis rəftar olunur. Halbuki bir ölkə əgər qadınlara dəyər vermirsə, qadınları ucaltmırsa, onların üstün xüsusiyyətlərini gündəmə gətirmirsə onda o ölkənin inkişafından söhbət gedə bilməz. Qadınların insan yerinə qoyulmadığı, kişilərdən aşağı varlıq kimi dəyərləndirildiyi, susdurulduğu, əzildiyi və arxa plana atıldığı cəmiyyətlər həmişə geridə qalmağa məhkumdur. Tarix boyunca qadını belə dəyərsiz edən cəmiyyətə digər cəmiyyətlər də dəyər verməyib.
Cəmiyyətdə qadınları üstün etmək vacibdir. Ən az kişilər qədər, hətta, kişilərdən daha da çox hüquqlara sahib olmalı, onları sadəcə cinsi əlaqə saxlanılan bir varlıq kimi görən zehniyyət kişi üstünlüyü iddiasından əl çəkməlidir. Çünki qadınlar çox iti ağla sahib varlıqdır. Hadisələrin dərininə getməkdə, detallara fikir verməkdə kişilərdən daha üstündürlər. Ağıllı və incə düşüncəli olduqları üçün onlarla məsləhətləşmək və fikirlərindən faydalanmaq bərəkət gətirəcəkdir. Həmçinin qadınlar mərhəmət, şəfqət, təmizlik cəhətdən də kişilərdən üstündür. Çox dəyərli, mədəni, incə, dünyanın bəzəyi olan varlıqlardır.
Ancaq kişilərin üstün olduğu ən inkişaf etmiş ölkələrdə belə açıq-aşkar görünür. Bu zehniyyətin məhv edilməsi üçün qadın-kişi bərabərliyindən danışmaq kifayət deyil. Qadının üstünlüyü inancının hakim olması üçün cəhd göstərilməlidir. Qadının üstünlüyü nemətdir, gözəllikdür. Analıq vəsfi necə dəyərlidirsə, həyatın hər sahəsində qadın da elə dəyərli olmalıdır. Qadının yaradılış cəhətdən fiziki mənada kişidən zəif olması cəmiyyətdə qadının kişidən daha az dəyərli olması kimi anlaşılmamalıdır. Əksinə daha çox qorunması, ağır işlər görməməsi, ağır yük daşıtdırılmaması, qısacası, çox diqqət edilməli və dəyər verilməli olduğu mənasına gəlməlidir.
Mədəni bir cəmiyyət olmaq üçün qadınların üstünlüklərini tez-tez vurğulayaraq ön plana çıxarmaq lazımdır. Bu barədə hökumətlər təlimlər keçməli, insanları məlumatlandırmaq üçün işlər görülməlidir. İş yerlərində, məclislərdə qadınlara birincilik verilməli, məclisin yarıdan çoxu qadınlardan ibarət olmalıdır. Müsəlmanlar Peyğəmbərimizin (səv) əxlaqı ilə əxlaqlanaraq bu barədə bütün cəmiyyətlərə nümunə olmalıdırlar.
Unutmayaq ki, demokratiyanın olmadığı, qadınların rahat yaşaya bilmədiyi, təzyiqlərə məruz qaldığı, qadın düşmənçiliyinin olduğu bir sistemdə xoşbəxtlik də olmaz. Qadın Qurana uyğun olmayan tərzdə dəyərləndirilsə, İslam aləmi rahatlıq tapa bilməz. Çünki Allah`ın qullarının yarısı qadındır və qadınları əzən bir əxlaq göstərmək Allah`ın qəzəbinə səbəb olar. Allah belə cəmiyyəti cəzalandırar, bəla verər. Bu səbəbdən bu rəzilliyin, yəni qadını alçaldan düşüncələrin təmizlənilərək qadınların hüquqları bərpa edilməlidir. Onların azadlığı məhdudlaşdırılmamalı, azadlıq verilməli, hörmət, ehtiram göstərilərək üzərlərindəki kişi hakimiyyəti qaldırılmalıdır. Bir cəmiyyət ancaq qadına verdiyi dəyər qədər yüksəlir, qadına göstərdiyi hörmət qədər hörmət qazanır.
 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
XƏBƏR - -DİN
“İPƏK YOLU” Sahibkarlarla ənənəvi iftar proqramında FOTO
Tarix: 25-6-2016 // saat: 16:41
Xarici İşlər Nazirliyi müqəddəs Ramazan ayı münasibətilə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirləri üçün iftar süfrəsi açıb
Tarix: 25-6-2016 // saat: 14:01
Sadiq Mirzəyev: İslamafobiyanı kimlər və necə yaradırlar?
Tarix: 24-6-2016 // saat: 23:45
Sabunçuda «Dini radikalizm və onun təzahür formaları» mövzusunda seminar keçirilib
Tarix: 24-6-2016 // saat: 23:10
Naxçıvanda iftar mərasimi keçirilib FOTO
Tarix: 23-6-2016 // saat: 20:48
SON XƏBƏRLƏR
26.6.2016  15:28
Ağcabədidə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümü münasibətilə bayram tədbiri keçrilib. FOTO (AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)
25.6.2016  23:44
Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub FOTO
25.6.2016  23:37
Məzahir Süleymanzadə: Hidayət Elvüsalın doğum günüdür....
25.6.2016  23:30
Azərbaycan Respublikasının xaricdəki nümayəndəliklərində Silahlı Qüvvələr Günü qeyd edilib FOTO
25.6.2016  23:19
Nazir Azad Rəhimov Sumqayıtda vətəndaşlarla görüşdü FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov)
25.6.2016  23:14
“Youthvision” mahnı müsabiqəsinin finalı və mükafatlandırma mərasimi keçirildi FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov)
25.6.2016  23:06
Müzəffəri-H.Ç: QOCANIN SƏHVİ...
25.6.2016  22:56
Bəxtiyar SADIQOV: Azərbaycan həm də idman ölkəsidir
25.6.2016  21:57
“Gənclərin fiziki və mənəvi hazırlığının artırılması” LAYİHƏSİ
25.6.2016  21:48
“ Abituriyentlərin imtahana psixoloji hazırlığı”
25.6.2016  21:35
Jurnalist Rəhilə Soltanqızı yazır: Adını yana-yana silirəm…
25.6.2016  21:14
“Gənc istedadlar” liseyinə 5-ci sinif üzrə qəbul imtahanı keçirilib FOTO
25.6.2016  19:52
Leyla Əliyeva FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb
25.6.2016  19:29
Prezident İlham Əliyev hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub FOTO
25.6.2016  19:01
Prezident İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib FOTO
25.6.2016  18:18
İtaliyanın “RAI” kanalında ölkəmizlə bağlı reportaj hazırlanmışdır
25.6.2016  18:13
“Məsuliyyətli ovçuluq – biomüxtəlifliyin keşiyində” layihəsinin təqdimatı olub
25.6.2016  17:47
26 iyunda gözlənilən hava şəraiti
25.6.2016  17:39
UTGDİB “Multikulturalizm ili” çərçivəsində layihə həyata keçirir FOTO
25.6.2016  17:35
“Youthvision” Beynəlxalq Mahnı yarışması ilk dəfə Bakıda keçirildi. FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)
25.6.2016  17:04
Strateji yol xəritəsi Şamaxıda ictimai müzakirəyə çıxarıldı FOTO
25.6.2016  16:53
“Sadəcə bir vərəq deməyək” aksiyası başa çatıb FOTO
25.6.2016  16:41
“İPƏK YOLU” Sahibkarlarla ənənəvi iftar proqramında FOTO
25.6.2016  16:38
Bələdçilərin fəaliyyəti müzakirə olundu
25.6.2016  16:37
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Arizona ştatının (ABŞ) fotoklubunun gümüş medalına layiq görülüb
25.6.2016  16:26
Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsini tədris edən ali təhsil müəssisələri ilə birgə əməkdaşlığı davam etdirir FOTO
25.6.2016  16:10
İran İslam Respublikasından gələn turistlərin sayı artıb
25.6.2016  15:48
Sumqayıtın yeni bulvarı bu gün FOTO ( AZpress.AZ - Xaqani Əzizov, Sumqayıt)
25.6.2016  15:08
Xaçmaz “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festivala ev sahibliyi edib FOTO
25.6.2016  14:46
Qusarın Kuzun kəndində selin fəsadları aradan qaldırılır
25.6.2016  14:10
Dünyaca Məşhur İn Grid Heydər Əliyev sarayının səhnəsində! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov)
25.6.2016  14:01
Xarici İşlər Nazirliyi müqəddəs Ramazan ayı münasibətilə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirləri üçün iftar süfrəsi açıb
25.6.2016  13:54
Bakıda ticarət obyekti yanıb
25.6.2016  13:47
Naxçıvanda “Əlincə qalası” tamaşasına baxış olub
25.6.2016  13:34
Erməni nasizmi baş qaldırır
25.6.2016  13:15
Xalq artistləri Ağaxan Salmanlı və Yasin Qarayevin yubileyləri münasibətilə tədbir keçirilib FOTO
25.6.2016  12:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları
25.6.2016  12:40
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
25.6.2016  12:30
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanununda dəyişikliklər edilməsi barədə Prezidentinin Sərəncamı|
25.6.2016  12:28
“Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması haqqında” Sərəncamda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Arxivə keçid >>>
> iyun 2016
Mo Di Mi Do Fr Sa So
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» Pərviz Qulu oğlu
»» LEYLA ƏLİYEVA
»» Məzahir Süleymanzadə
»» Dilavər Nəcəfov
»» Çingiz Müzəffəri
»» Bəxtiyar Sadıqov
»» Rüstəm İsmayılov
»» Minə Türksoy
»» Xaqani Əzizov (SUMQAYIT)
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» PREZiDENT İLHAM ƏLİYEV
»» Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
»» Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ)
»» ADU - Azərbaycan Dillər Universitetində
»» ATGTİ
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
ANS
XƏZƏR
İCTİMAİ
LİDER
SPACE
MƏDƏNİYYƏT
Türk TV-ləri
AzTV
İDMAN
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Asiya TV kanallar
Amerika TV kanallar
Ümumi səslər : 12379
MƏTBUAT
http://sehm.az