Moskvalı rəssam Musiqili Teatrda - FOTO

Moskvalı rəssam Musiqili Teatrda FOTO

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin hazırda məşqləri gedən “Qafqazlı qardaşqızı” operettasının səhnə tərtibatının eskizlərinin müzakirəsi ilə bağlı dinləmələr keçirilib. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev yeni tamaşanın süjet xətti, ideyası, günümüzlə səsləşən məqamları haqqında məlumat verib. Sonra tamaşanın quruluşçu-rəssamı, Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji hazırladığı eskizlərlə bağlı çıxış edib. Dmitri Çerbadjinin çıxışından sonra teatrın rus bölməsində hazırlanacaq tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, direktor müavinləri - Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov, Hüseyn Hüseynov, geyim üzrə rəssam Yelena Almazova və texniki Şuranın digər üzvləri çıxış ediblər. Müzakirələrdən sonra Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji tərəfindən işlənən baxımlı və maraqlı tərtibat müəyyən təkliflərlə qəbul olunub.
Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeystrləri Leyla və Zakir Ağayevlərdir. Teatrın rus bölməsində hazırlanan tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko, Amil Məmmədov, Yuliya Heydərova, Nicat Həbibov, Rauf Babayev, Svetlana Bulax, Emil Heydərov, Nadejda Povelisina, Əliməmməd Novruzov ifa edirlər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !