ATGTİ-nin qərargahında “Azərbaycan gəncliyi 2016-2020” Dövlət gənclər proqramının növbəti müzakirəsi baş tutub -

ATGTİ-nin qərargahında “Azərbaycan gəncliyi 2016-2020” Dövlət gənclər proqramının növbəti müzakirəsi baş tutub

06 may 2015 –ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclərlər iş şöbəsinin müdiri İndira Hacıyevanın, ATGTİ-nin icraedici aparatının və böyük tələbə kütləsi olan ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatıarının sədrlərinin iştirakı ilə “Azərbaycan gəncliyi 2016-2020” dövlət gənclər proqramının müzakirəsi baş tutub.
Görüş ərzində ilk öncə ATGTİ-nin icraedici aparatı və TGT sədrləri tərəfindən gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, gənclərin intellektual və yaradıcılıq potensialının inkşafı, Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi, Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkşafında iştirakının artırılması, gənclərin sağlamlığının qorunması, tələbələrin elmi fəaliyyətinin dəstəklənməsi mövzuları ilə bağlı təkliflər dinlənilib.
Daha sonra Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı ilə Avstraliyada, Böyük Britaniyada və Macarıstanda təhsil alan gənclər müzakirəyə skayp vasitəsi ilə qoşularaq, gənclərin xaricdə təhsil aldığı müddətdə diaspora fəaliyyəti, tələbələr üçün elektron kitab bazasının və xaricdə təhsil alan azərbaycanlı gənclərin şəbəkəsinin yaradılması barəsində təkliflər veriblər.
Sonda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclərlər iş şöbəsinin müdiri İndira Hacıyeva təklifləri dəyərləndirərək əhəmiyyət kəsb edən təkliflərin “Azərbaycan gəncliyi 2016-2020” Dövlət gənclər proqramında yer ala biləcəyini bildiriblər.