Faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Şəkidə müharibə veteranları ilə görüş keçirilmişdir - FOTO

Faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Şəkidə müharibə veteranları ilə görüş keçirilmişdir FOTO

Mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Şəkidə müharibə veteranları ilə görüş keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə İkinci Dünya müharibəsində həlak olan şəkililərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.
Şəhər rəhbərliyinin, müharibə veteranlarının və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir bayram süfrəsi arxasında davam etmişdir.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmişdir. O qeyd etmişdir ki, Böyük Vətən müharibəsində Azərbaycanın oğul və qızları igidlik və rəşadət nümayiş etdirərək, Qələbənin əldə olunmasında fədakarlıq göstəriblər. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, yüz nəfərdən artıq azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. E.Usubov müharibə veteranlarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan da danışaraq, bu siyasətin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev müharibə veteranlarının qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin ailə üzvlərinə, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi bunun bariz nümunəsidir.
Mərasimdə digər çıxış edənlər İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin əldə edilməsində şəkililərin də xidmətləri olduğunu vurğulamışlar. Qələbənin ildönümləri münasibətilə hər il ölkə miqyasında keçirilən bayram tədbirlərinin dövlətimizin başçısı tərəfindən müharibə veteranlarına göstərilən diqqət və qayğının təzahürü olduğu diqqətə çatdırılmış, görüşün təşkilinə görə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova minnətdarlıqlarını bildirmişlər.
Sonra müharibə veteranlarına Qələbənin 70 illiyi münasibətilə yubiley medalları təqdim edilmişdir.
Tədbir şəhərin mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etmişdir.
Tədbirin sonunda müharibə iştirakçılarına maddi yardım edilmişdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !