Şəkidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı keçirilib - FOTO

Şəkidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Gül bayramı keçirilib FOTO

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Şəkidə mayın əvvəlində başlanan xatirə günlərinə Gül bayramı ilə yekun vurulub.
Şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri mayın 10-da Ulu Öndərin şəhər icra hakimiyyətinin binası qarşısındakı rəngbərəng güllərlə bəzədilmiş abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra bayram tədbiri şəhərin mərkəzindəki meydanda davam etdirilib. Şəhərdə fəaliyyət göstərən ali məktəb və kollec tələbələrinin Ulu Öndərə həsr etdikləri “flaşmob” tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir iştirakçıları daha sonra dahi şəxsiyyət haqqında yazılmış kitabların sərgiləndiyi “Müstəqil Azərbaycan dövlətinin memarı” mövzusunda guşə ilə tanış olub, güllərdən hazırlanmış müxtəlif kompozisiyalara baxıblar.
Şəhərin mərkəzindəki parkda keçirilən bayram tədbirində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs edib. O bildirib ki, 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra dahi öndərimiz Heydər Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, əsl liderlik keyfiyyətləri sayəsində xalqımız və dövlətimiz böyük bəlalardan və təhlükələrdən xilas oldu. Qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik və sosial ədalət prinsipləri bərpa edildi. Dahi rəhbərin siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin beynəlxalq nüfuzunun sürətlə artdığını qeyd edən E.Usubov ölkəmizdə keçiriləcək I Avropa oyunlarının Azərbaycanın iqtisadi, siyasi inkişafını bütün dünyaya nümayiş etdirəcəyini vurğulayıb.
Bayram tədbirində Şəki Musiqi Kollecinin xor və orkestri, həmçinin uşaq musiqi məktəblərinin, uşaq bağçalarının rəqs kollektivləri rəhgarəng konsert proqramı ilə çıxış ediblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !