Mayın 16-da Musiqili Teatrda premyera olacaq - FOTO

Mayın 16-da Musiqili Teatrda premyera olacaq FOTO

16 may 2015-ci il tarixində saat 12.00-da Azərbaycan Dövlət Musiqili Teatrında mövsümün növbəti premyerası olacaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət yeni uşaq tamaşası olan “Dəcəl çəpişlər”dən gedir. Tamaşa Azərbaycan ədəbiyyatının böyük simalarından biri olan Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Yeni səhnə əsərinin musiqisi uşaqların sevimli bəstəkarı, Xalq artisti Oktay Zülfüqarova, liberottosu Ramiz Heydərə məxsusdur. Tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyevdir. Söhbət zamanı quruluşçu-rejissor tamaşaya bir sıra yeni obrazlar və yetərincə müasir elementlər əlavə edildiyini vurğulayıb. “Yaradıcı heyyətimiz əsasən gənclərdən ibarətdir. Bizlərə göstərilən bu etimad görə teatrımızın direktoru Əliqismət Lalayevə təşəkkürümüzü bildiririk. Bu, bir daha sübut edir ki, Musiqili Teatrda gənclər üçün kifayət qədər yüksək yaradıcı şərait yaradılıb”, - deyə Əhəd Hacıyev tamaşayla bağlı fikirlərini bölüşərkən bildirib.
“Dəcəl çəpişlər” 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə Musiqili Teatrın gözəl bir hədiyyəsi olacaq. Premyeraya uşaq evlərindən balaca tamaşaçılar, imkansız ailələrin övladları və fiziki qüsurlu uşaqlar da dəvət olunacaq.
Qeyd edək ki, tamaşanın rejissor-assisenti Elməddin Dadaşov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları aktyorlar Şaban Cəvərov, Güldanə Əzimova, Elçin İmanov, Gülçöhrə və Gülnarə Abdullayevalar, Ağaxan Şərifov, Mehriban Zalıyeva, Əlif Cahangirov, Gülnarə Əzizova, Nərmin Əliyeva , Fərid Rzayev, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Elxan İsmayılov ifa edirlər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !