Xarici baxış fərdi layihənin ilkin fəaliyyət dövrü başa vurulmuşdur -

“Xarici baxış” fərdi layihənin ilkin fəaliyyət dövrü başa vurulmuşdur

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və İrəli İctimai birliynin tərəfdaşlığı ilə keçirilən “Xarici baxış” fərdi layihənin ilkin fəaliyyət dövrü başa vurulmuşdur..

“Xarici baxış” layihəsi Azərbaycanda yaşayan və müxtəlif təhsil ocaqlarında təhsil alan xarici tələbə və şagirdlər əhatə edir.Layihənin keçirilməsində əsas məqsəd ölkəmizdə təhsil alan xarici gənclərə Azərbaycanın tarixi və abidələri haqqında geniş məlumatlar vermək və bu gənclərin timsalında xalqımızın tarixi həqiqətlərini dünyaya çatdırmaqdır..

Layihədə iştirak edəcək gənclərin seçim prosesi başa çatmışdır. Növbəti mərhələdə isə seçilmiş tələbələr Azərbaycan tarixi və abidələri haqqında təlimlərdə iştirak edəcəkdir.

Qeyd edək ki, layihənin son mərhələsində seçilmiş tələbələrin çəkdiyi fotoşəkillərdən ibarət fotosərgi keçiriləcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !