"Gözqamaşdırıcı parlaqlıq" (Piercing Brightness) bədii filmi nümayiş olunacaq -

"Gözqamaşdırıcı parlaqlıq" (Piercing Brightness) bədii filmi nümayiş olunacaq

YARAT Müasir İncəsənət Mərkəzi 16 May 2015-ci il tarixində saat 19:00-da YARAT Film Klubun ikinci sessiyasına dəvət edir. Bizim məqsədimiz, YARAT Film klubunu, müasir incəsənət videoları və filmlərinin baxış və müzakirəsi üçün qeyri-rəsmi görüş yerinə çevrilməkdir.

Bu dəfə klubumuzda Şezad Davudun "Gözqamaşdırıcı parlaqlıq" (Piercing Brightness) bədii filmi nümayiş olunacaq. Tədbirdə filmin müəllifi də iştirak edəcək və filmin nümayişindən sonra yaranmış sualları cavablandıracaq. Bu tədbir British Council Azerbaijan (Britaniya Şurası Azərbaycan) tərəfdaşlığı ilə təşkil edilmişdir.

Məkan:

YARAT Müasir İncəsənət Mərkəzi

Səbail rayonu, Bayıl (Dövlət Bayrağı meydanının yaxınlığı), Bakı, Azərbaycan

16 May 2015

Saat: 19.00

Filmlər ingilis dilində, Azərbaycan dilinə sinxron tərcümə ilə nümayiş etdiriləcəkdir

Giriş sərbəstdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !