Şəki şəhərində Gənclər Dövlət Proqramına təkliflər səsləndirilib -

Şəki şəhərində Gənclər Dövlət Proqramına təkliflər səsləndirilib

Şəki şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə ARGTMŞ-ın üzvü olan, bu şəhərdə fəaliyyət göstərən “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi tərəfindən Şəki şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı ilə bağlı ictimai müzakirə keçirilib. Tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, ARGTMŞ-ın üzvü olan “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyinin sədri İlqar İlyaslı, təşkilatın fəalları və Şəki şəhərinin ali təhsil müəssələrinin tələbələri iştirak edib.
ARGTMŞ-ın təşəbbüsü ilə silsilə şəkildə təşkil olunan ictimai müzakirələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"-na əsasən 2016-2020-ci illəri əhatə edən Proqramına təkliflərin toplanılması məqsədilə həyata keçirilir.
Müzakirələr zamanı “Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulan istiqamətlər üzrə müzakirələr aparılıb və təkliflər sənləndirilib. İctimai müzakirənin sonunda “Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı üçün səsləndirilən və müzakirə olunan təkliflərdən ibarət paket tərtib olunub. ARGTMŞ-ın təşəbbüsü ilə “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı ilə bağlı ictimai müzakirələr zamanı səsləndirilən təkliflər toplanaraq sistemləşdiriləcək və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !