MirHəsən Seyidovun İTV-nin Yayım şura üzvlüyünə namizədliyi təsdiqləndi -

MirHəsən Seyidovun İTV-nin Yayım şura üzvlüyünə namizədliyi təsdiqləndi

İrəli İctimai Birliyinin sədri MirHəsən Seyidov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şura üzvlüyünə namizəd irəli sürmüşdü.

Qeyd edək ki, qerar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə İctimai Şurasının keçirdiyi iclasında gənclər təşkilatlarının səs çoxluğu ilə qəbul edilmişdi. Xatırladaq ki, seçilən namizəd İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında gəncləri təmsil edəcək, eyni zamanda gənclərlə bağlı layihələrin həyata keçirilməsi, gəncləri narahat edən bir çox məsələlərin İctimai Televiziyada işıqlandırılması kimi məsələlərlə məşğul olacaqdır.  Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının ümumilikdə 9 üzvü var. Seçiləcək üzv 6 illik müddətinə seçirilir. MirHəsən Seyidov ictimai fəaliyyətinə 2005-ci il başalamışdır. 2014-cü il 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri seçilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !