Toska operası - FOTO (YENİLƏNDİ)

“Toska” operası FOTO (YENİLƏNDİ)

 Azərbaycan Prezidenti tərəfindən “Əməkdar artist” adına yenicə layiq görülmüş iki istedadlı sənətçi- İlahə Əfəndiyeva və Fərid Əliyev ilk dəfə bu quruluşa qatılacaqdılar. Sürprizlər, sadəcə bu deyildi. Tamaşanın rejissoru Rusiyanın xalq artisti, professor Aleksandr Petrov idi. Skarpia rolunu ta Minskdən Azərbaycan səhnəsinə çıxmaq üçün gəlmiş Vladimir Qromov ifa etməli idi.
Belə başlayır Toskanın ikinci pərdədəki ən məşhur ariyası... İlahə Əfəndiyevanı şəxsən tanıdığıma, onun yüksək talantına, dünyagörüşünə, ən əsası fərdi əxlaqına xeyli dərəcədə bələd olduğuma görə bu sözlərin onu nə qədər dərindən ifadə etdiyini çox gözəl bilirəm. Onu da bilirəm ki, “Toska”da sopranoların talantını açmaq, onların nəyə qadir olduğunu aşkarlamaq, səhnə perspektivi barədə fikir yürütmək üçün açar parçadır “Vissi D`arte”... Sadəcə, ifaçının səs imkanları açısından deyil, səhnə mədəniyyəti və məharəti, onun özünü qəhrəmanla eyniləşdirməsi və duyğularını tamaşaçıya ötürməsi baxımından da son dərəcə fəqli bir perfomans tələb edir bu parça. İlahə gerçəkdən inanılmaz bir uğura imza atdı bu parça ilə... Maria Kallasın, “Toska”nın əfsanəvi sopranosunun ruhunu sevindirəcək bir şəkildə oxudu, düzü. Təkcə bu parça ilə yox həm də. “Toska” kimi kəskin dramatizmə, çətin quruluşa malik bir tamaşanın üzünü ondan daha yaxşı ağartmaq, həm də italyanca sanki italyancanı bilirmişcəsinə oxumaq əlbəttə asan deyil. Fəqət bu müşkül vəzifəsinin öhdəsindən gəlmək üçün içdən “mən sənət üçün yaşayıram, mən sevgi üçün yaşayıram” deyə bilmək lazım. İlahə bunu dedi. Səhnədə axıtdığı göz yaşları ilə!

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !