19 may tarixində Bakı şəhərində baş vermiş faciəvi hadisə ilə əlaqədar Muzeydə Gecə tədbiri 6 iyun tarixinə keçirilmişdir -

19 may tarixində Bakı şəhərində baş vermiş faciəvi hadisə ilə əlaqədar “Muzeydə Gecə” tədbiri 6 iyun tarixinə keçirilmişdir

19 may tarixində Bakı şəhərində baş vermiş faciəvi hadisə ilə əlaqədar tədbirimiz 6 iyun tarixinə keçirilmişdir.
Muzeydə Gecə” 40 ilə yaxındır ki, intellektual istirahətin populyarlaşması məqsədilə dünyanın 143-dən çox ölkəsində hər il keçirilən qeyri-adi bir aksiyadır.
Azərbaycanda bu aksiya artıq ikinci dəfədir ki, baş tutacaq. Muzeylər üçün ənənəvi xarakter daşıyan kolleksiya və ekspozisiyalarla tanışlıqla yanaşı, qonaqlar həm də müasir muzeyin aktiv təhsil və istirahət üçün hüdudsuz imkanlarından yararlana biləcəklər.
“Muzeydə Gecə” adlı tədbir səhər saat 11:00-da başlayıb gecə saatlarına qədər davam edəcək.
Mərkəzə gələn hər ziyarətçi özü üçün marağına uyğun məşğuliyyət tapacaq. Bir sözlə, həmin gün YARAT Müasir İncəsənət Mərkəzi Sizin üçün fərqli məkana çevriləcək!

“Muzeydə Gecə” tədbirin proqramı:
11:00-12:30 – Açıq səma altında yoqa dərsləri - Həmid Elsevər ilə
12:30-14:00 – Açıq səma altında yoqa dərsləri - “Yoga Shahi” Studiyası ilə
12:00-13:30 – Zumba rəqs dərsi “Harmony” rəqs studiyası ilə
12:00-14:00 – Kulinariya ustad dərsi - aşpaz Fərhad Aşurbəyli ilə (öncədən qeydiyyat)
15:00-16:30 – “Bakı sirləri” mühazirəsi - ekspert Fuad Axundovun təqdimatında
16:00-19:00 – Müasir incəsənətlə bağlı ekspert məsləhətləri: art-menecer Fərid Abdullayev, rəssam Çingiz Babayev və sənətşünas Cahangir Səlimxanov.
17:00-18:30 – Art terapiya seansı - psixoloq Elizabet Brandolini ilə (öncədən qeydiyyat)
18:00-21:00 – Velosiped yürüşü və şousu
19:30-21:00 – “Hədiyyə mağazasından çıxış” (“Exit through the gift shop”) filmin nümayişi
22:00-22:30 – “ABandonAir” rok qrupunun performansı
23:00-02:00 – DJ Panço və kokteyl gecəsi

6 İyunda keçiriləcək bütün tədbirlərə giriş tamamilə sərbəstdir və ödənişsizdir. Yalnız yuxarıda qeyd olunmuş* ustad dərsi və seansda iştirak etmək üçün qabaqcadan yazılmaq tələb olunur. Bunun üçün +99412 505 14 14 nömrəsinə zəng vurmaq, və ya info@yarat.az e-mail ünvanına yazmaq ilə, yaxud Facebook https://www.facebook.com/events/1596805340587431/ səhifəsinə bildiriş göndərmək olar.

Qaçırmayın! Muzey həyatına qatılın və onun sirlərini öyrənin!
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !