Xodaşirin Cəbiyev Cabbarlı: - Mir Kazım Aslanlı - Sarəngin həyat və yaradıcılığı

Xodaşirin Cəbiyev Cabbarlı: Mir Kazım Aslanlı - Sarəngin həyat və yaradıcılığı

Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ldə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olmuşdur. Atası Mir İskəndər bəy Mir Abdulla bəy oğlu, Mir Kazım dünyaya göz açdığı ildə dünyasını dəyişmişdir (özünü güllələmiş dir).
O, Talış xanlığının müstəqilliyi və azadlığı uğrunda rus və fars müstəmləkəçi lərinə qarşı mübarizə aparan görkəmli Talış xanlarının nəsil şəcərəsinin layiqli nümayən dəsidir.
1922/31-ci illərdə bəy nəslinə mənsub olduqlarına görə sovet hakimiyyəti tərəfindən əmlakları tamamilə müsadirə edilmişdir.
1925- ci ildə Masallıda Digah kəndindəki ibtidai məktəbi bitirdikdən sonra əv vəlcə Lənkəran Pedaqoji Texnikumuna daxil olmuş, lakin az müddət keçməmiş bəy nəslinə mənsub olması səbəbindən məktəbdən xaric edilmişdir. Həmin ildə Za qatala Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur.
1930 -cu ildə həmin texnikumu bitirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitu tuna daxil olmuşdur.
1934- cü ildə ali təhsilini başa vuraraq bir müddət Zaqatala Kənd Təsərrüfatı Texnikumunda müəllim işləmiş, az müddət ərzində burada bacarıqlı seleksiyaçı kimi tanınmışdır. Seleksiyaçı alim-aqronom kimi calaqetmə yolu ilə bir ağacda 7 meyvə sortunun yetişdirilməsinə nail olmuşdur. Təhsil aldığı illərdə Azərbacanın görkəmli ictimai-siyasi xadimi, akademik İmam Mustafayevlə tanışlığı və dostluğu da Zaqataladan başlanmışdır.
1935 -ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, təhsilini başa vur duqdan sonra respublikanın bir sıra tibb müəssisələrində həkim işləmiş, Tibb İnsti tutunda müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir.
16.06.1951 -ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda fizioterapiya kursu üzrə aspirant kimi fəaliyyətə başlamışdır.
16.06.1955 -ci ildən həmin institutda baş laborant, 1960 -cı ildən isə assistent işləmişdir.
1955 -ci ildə “Masallı hidrogen-sulfidli mineral sularının poliartritlərə təsiri” mövzusunda namizədlik dissertasiyasını Latviyanın paytaxtı Riqa şəhərində (bəzi mənbələrə görə Tbilisidə) mudafıə edərək alimlik dərəcəsini almışdır.
1953 -cü ildən 1974- cü ilə kimi 21 elmi işin və səmərələşdirici təklifin müəllifi olmuşdur. Müxtəlif illərdə təkcə Masallı hidrogen-sulfidli mineral sularının müalı cəvi əhəmiyyəti haqqında bir sıra mətbuat orqanlarında 14 -dən artıq elmi məqalə ilə çıxış etmişdir.
22.01.1962-ci ildə SSRİ Səhiyyə Nazirliyi Əczaçılıq Komitəsindən “Masallı -1“ hidrogen - sulfidli mineral suyunun tibb praktikasında dərialtı inyeksiyalarda istifa dəsinə və ampul şəklində zavod şəraitində kütləvi istehsalına icazə almışdır.
M. K. Aslanlı uzun illər apardığı elmi araşdırmalar, tədqiqat işləri nəticəsində
Masallı hidrogen-sulfidli mineral sularının müalicəvi əhəmiyyət daşıdığını sübut etmiş, əməli fəaliyyəti ilə ibtidailikdən sivilizasiyaya doğru addım ataraq doğul duğu İsi kəndi ərazisində ötən əsrin 60 - cı illərində müalicəvi sanatoriyanın yara dılmasına nail olmuşdur. Yay mövsümü ərzində uzun illər həmin sanatoriyaya rəh bərlik etmişdir.
30.04.1971 - ci ildə Ali Attestasiya Komissiyasında müsabiqədən keçərək fizio terapiya kafedrasına dosent təyin edilmişdir.
1972 -ci ilin may ayından 27.06.1974 -cü ilə kimi fizioterapiya və kurortologiya kursunun rəhbəri işləmişdir.
1972/74 -cü illərdə Bakıda keçirilən beynəlxalq elmi konfranslarda ingilis di
lində diqqəti cəlb edən məruzələrlə çıxış etmişdir.
1969- cu ildə “Masallı hidrogen-sulfidli vannalarının ürək qan-damar sisteminə təsiri” mövzusunda doktorluq dissertasiyasını yekunlaşdırmış, lakin amansız ölüm ona elmi işini müdafiə etməyə imkan verməmişdir.
Ömrünün 25 ilə yaxın bir hissəsini məhz Masallı mineral su bulaqlarının müa licəvi əhəmiyyətinin elmi cəhətdən öyrənilməsinə həsr edərək o, Masallı hidrogen - sulfidli mineral sularını elmi cəhətdən ilk dəfə tədqiq edən alim (1945/75 - ci il lər) kimi, Masallı "İsti su" sanatoriyasının ilk yaradıcısı kimi (1959/60-cı illər ) öz
adını tarixin yaddaşına qızıl hərflərlə yaazmışdir.
M. K. Aslanlı “Masallı İsti su sanatoriyası” adlı şah əsərini yaratmaqla özünü Azərbaycanda milli turizminin banıləri sırasına daxil etmışdir. Masallı rayonunda turizmin inkişaf etdirilməsi ilə bağlı, hələ keçən əsrin 60 - cı illərində bir sıra uzaq görən ideyalar irəli sürmüşdür. Beləki, o, Viləş çayının qarşısında su bəndinin tikil məsi, Araz çayının bir qolunun ona birləşdirilməsi, orada su-elektrik stansiyasının inşa olunması, Cənub zonasında təsərrüfat sahələrinin inkişafı üçün suvarma şəbə kəsinin yaradılması, Dəmbəlov dağının ətəklərində istirahət güşələrinin tikilməsi, dağın zirvəsindən İsi kəndindəki “Palıdlı meşəlik” sahəsinə kanat yolun çəkilməsi,
gələcəkdə tikiləcək “Viləşçay dəryaçası”nda qayıqlarda gəzinti və idman yarışla rının keçirilməsi, Ərkivan qəsəbəsindəki “Dəştvənd” sahəsində büllur qablar zavo dunun tikilməsi və s. bu kimi səmərəli və maraqlı təkliflərlə çıxış etmişdir.
1930-cu ildən - 18 yaşından etibarən yazdığı ədəbi əsərlər dövri mətbuatda çap
olunmuşdur. O, ədəbi janrın müxtəlif növlərində bir sıra əsərlərin, saysız-hesabsız lirik - poetik şeir nümunələrinin müəllifidir.
1945- ci ildə Azərbaycan xalqıının bizim eradan əvvəlki dövrünü əhatə edən, qəddar və amansız düşmənlərə qarşı şanlı qəhrəmanlıq salnaməsini əks erdirən “Tomrid” mənzum tarixi dramını qələmə almışdır. Beləliklə, o, şeir janrında ədə biyyat tariximizdə mənzum tarixi dram yazan ilk dramaturqlar sırasına daxil ol muşdur.
1941/45- ci illərdə Azərbaycanın xalqının faşizm taununa qarşı mübarizə tarixi ni əks etdirən və elimizin-obamızın qəhrəman oğlu Həzi Aslanova milli vətənpər vərlik ruhunda həsr etdiyi “Ana və oğul” poemasını yazmışdır.
Ötən əsrin 40 - cı illərində o, Azərbaycanın müstəqilliyini və Azərbaycan əsgə rinin yenilməzliyini tərənnüm edən “Əsgər marşı”nı yazmışdır.
Yaşadığı ictimai-siyasi dövrün amansız küləkləri, bədxah qara qüvvələrin ona
qarşı yonələn təqib və təzyiqləri, daim onun irəliləməsinə mane olmuş, işıqlı əməl
lərinə kölgə salmışdır.
Qeyri-adi fitri istedadı hesabına ötən əsrin 30 - cu illərində milli musiqimizin mənəvi atası Üzeyir bəy Hacıbəyovla tanış olaraq dostluq əlaqələri qur muşdur. Məhz Üzeyir bəyin himayəsi sayəsində o, 1937/38-ci illərin sərt repressiyalarından xilas ola bilmişdir. Onun həyat fəaliyyətində, təhsil almasın da da Üzeyir bəyin müstəsna xidmətləri olmuşdur. M. K. Aslanlının qeyri-adi musiqi qavrayışını - istedadını görən Üzeyir bəy ona Dövlət Konservato riyasında təhsil almasını məsləhət görmuş, nəticədə o, daha bir ali təhsil almışdır. Aralarında olan səmi mi müəllim-tələbə dostluğunun bəhrəsi və bariz nümunəsi olaraq Üzeyir bəy Hacıbəyov ona “Calisa” adlı öz şəxsi fortepianosunu da hədiyyə etmişdir.
Onun fitri istedadına, bacarığına yaşadığı dövrün görkəmli ictimai-siyasi xa dimləri, sənət adamları - İmam Mustafayev, Vəli Axundov, Əlövsət Quliyev, Zəbi Quliyev, Üzeyir Hacıbəyov, Cövdət Hacıyev, Niyazi, Rəşid Behbudov, Emin Sa bitoğlu, İbrahim Topçubaşov və başqaları yüksək qiymət vermişlər.
O, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun tələbə bədii özfə
aliyyət kollektivinə rəhbərlik etmiş, institutun “Çeşmə” ədəbi birliyinin fəal üzvlə
rindən biri olmuşdur.
12 dil bilən poliqlot kimi dunya klassiklərinin - Vilyam Şekspir, Fovset, Oskar
Uayld, Henri Lonqfellou, Rabindranat Taqor, Ömər Xəyyam və b. ədəbi nümunə lərini doğma dilımızə tərcümə etmişdir.
1961- ci ildə “Masallı İsti suyu” adlı poema-fantaziyanı yazmışdır.
Cənub zonasının xalq folklor nümunələrinin araşdırılması, öyrənilməsi və tədqi qində M. K. Aslanlının xidmətləri əvəzsizdir.
O, bir sıra musiqi əsərlərinin - mahnıların, musiqili fantaziyaların, süitaların və s. müəllifidir. Yazdığı mahnılar Azərbaycan musiqisinin unudulmaz karifey sənət karları Töhfə Əliyeva, Fatma Mehrəliyeva, Gülağa Məmmədov və b. tərəfindən ifa olunmuşdur.
1962- ci ildə Masallı İsti su bulaqlarının yerləşdiyi Dəmbəlov dağına olan son suz sevgisini musiqinin dili ilə ifadə edərək “Dəmbəlov şıkəstəsi” musiqili fantazi
yanı bəstələmişdir.
1965- ci ildə Ü. Hacıbəyovun 80 illik yubileyinə həsr etdiyi “Azərbaycan xalq musiqisi dilində 4/1 ton ölçülü səslər və onların notla yazılması işarələri, həmçinin Azərbaycan xalq musiqi alətlərinin köklənmə, səslənmə üsulları” adlı elmi mono qrafiyasını yazmışdır. Bununla yanaşı olaraq o, Azərbaycan milli musiqi aləti olan tarın kölənmə sxemini də tərtib etmişdir.
M. K. Aslanlı daha təkmil, intellektual, klassik xalq musiqi əsərlərinin Şərq musiqisi qanunlarına uyğunlaşdırılaraq ifa olunmasını asanlaşdırmaq məqsədilə 4/1 ton ölçülü səsləri canlandıran yeni fortepianonun sxemini yaratmış, yarım ton öl çülü səs işarələrinin notla yazılışını vermişdir. Bununla da o, Şərq musiqisi tari xində yeni uğurlu kəşfə nail olmuşdur. Onun bu uğurlu nailiyyəti hələ sağlığında filoloq, şair Dəmir Gədəbəyli, bəstəkarlar Oktay Kazımov, B. İ. Yermolayev və başqaları kimi sənət adamları tərəfindən müsbət qarşılanmışdır.
O, Azərbaycan xalq musiqi nümunələrini skripka alətində professional səviy yədə ilk dəfə ifa edən incəsənət xadimlərindən biri, bəlkə də birincisidir. Onun ifa etdiyi musiqi əsərlərinin bir qismi milli radionun “Qızıl fond”unda saxlanır.
Bir pedaqoq kimi tibb sahəsində yüksək peşəkarlığa malik olan kadrların yetiş məsində onun əməyi böyük olmuşdur.
Onun Azərbaycanın müxtəlif bölgələrindən olan saysız-hesabsız insanlara gös tərdiyi təmənnasız maddi və tibbi yardımı, xeyriyyəçiliyi barədə xalq arasında bu gün də xöş xatirələr dolaşır.
Ömür yolunun dolanbaclı, paradokslarla zəngin, ziddiyyətli, keşməkeşli olma sına baxmayaraq o, həkim-fizioterapevt, alim, pedaqoq, tibb elmləri namizədi, dosent, şair, yazıçı-dramaturq, tərcüməçi, folklorşünas-tədqiqatçı, bəstəçi, ifaçı, alim-aqronom, seleksiyaçı, ixtiraçı, poliqlot, xeyriyyəçi kimi çoxşaxəli, rəngarəng peşə və ixtisasları ilə milli tariximizdə özünəməxsus yer almışdır.
Ölümündən 21 il sonra (1996-cı il) ədəbi əsərləri kitab şəklində ilk dəfə çap olunmuşdur (N. Ədiloğlu - “Elə baxma, lalə !” Bakı 1996-cı il). Haqqında müxtə lif illərdə bir sıra görkəmli, tanınmış şəxsiyyətlərin (filolgiya elmləri doktoru Əs gər Zahidov, filologiya elmləri doktoru Dəmir Gədəbəyli, pedaqoji elmlər doktoru, professor Fərahim Sadıxov, yazıçı Mustafa Çəmənli, tarixçi - etnoqraf Musarza Mirzəyev, yazıçı - tədqiqatçı Novruz Novruzov və b.) respublika mətbuatında məqalələri dərc edilmiş, kitablar yazılmışdır.
Onun ilk tədqiqatçısı jurnalist - tədqiqatçı, yazıçı - publisist Nurəddin Ədiloğlu ötən əsrin 80-ci illərindən başlayaraq dövri mətbuatda bir sıra məqalələrlə çıxış et-miş, “Yarımçıq qalmış şikəstə” (Bakı - 2005 ci il), “Sarəng zirvəsi” (Bakı - 2012-ci il) kitablarını nəşr etdirmişdir.
Son illərdə M. K. Aslanlının həyat yolunu, yaradıcılığını provizor - homeopat, yazıçı - publisist, jurnalist - tədqiqatçı Xodaşirin Cəbiyev (Cabbarlı) araşdıraraq iri həcmli “Şəms - zülmətlə şəfəq arasında” adlı elmi - publisistik, bədii kitabı (1-ci cildi yekunlaşdırmış, 2-ci cild üzərində işləyir) yazmışdır. O, 2012 - ci ildə kinore jissor, professor, Əməkdar İncəsənət Xadimi Aydın Dadaşovla birlikdə görkəmli şəxsiyyətin həyat və yaradıcılığından bəhs edən “Tərk etmə məni” kinofilminin çə kilişinə nail olmuşdur.
Ölümündən sonra M. K. Aslanlının əmlakı talan edildiyindən, onun yaradıcılıq külliyyatı - tibbi, ədəbi, musiqi irsinin əksər hissəsi yoxa çıxmışdır.
M. K. Aslanlı 25.01.1975-ci ildə Bakı şəhərində vəfat etmiş, doğulduğu İsi kən dindəki qəbristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs “Göy öküzün məzarı” nın yaxınlığında dəfn edilmişdir.Qədirbilən xalqımız, Masallı rayonundakı sanatoriyaya gələn insanlar yol kənarında olan bu məzarı tez-tez ziyarət edirlər.

 

Hazırladı: Xodaşirin Cəbiyev (Cabbarlı)
26 avqust 2012 - ci il