Unudulmuş park - və yaxud, mənfəətlərə qurban gedən, tikiləcək daha bir göydələnin yeri

Unudulmuş park və yaxud, mənfəətlərə qurban gedən, tikiləcək daha bir göydələnin yeri

 Hal-hazırda ilk Avropa Oyunlarının keçirildiyi paytaxt Bakı öz gözəlliyi, qonaqpərvərliyi ilə dünyanın nəzər-diqqətindədir. Sevinirik ki, dünya bizi olduğu kimi qəbul edib, Azərbaycan həqiqətlərinin şahidi olur. Ancaq etiraf etmək lazımdır ki, şəhərimizdə heç kimin görmək istəmədiyini arzu etdiyimiz məkanlar da var. Belə yerlərdən biri Səbayıl rayonu, N. Nərimanov abidəsinin arxasında yerləşən parkdır. Respublikamızın bütün şəhərlərində gözoxşayan parklar əhalinin əsas istirahət yerinə çevirilldiyi halda Bakının mərkəzində unudulmuş,baxımsız qalmış park adamda ancaq təəssüf hissi oyadır. Vaxtilə uşaqdan tutmuş böyüyə hamının həvəslə gedib-gəldiyi,mədəni istirahət etdiyi parkdan , demək olar ki, heç bir əsər-əlamət qalmamaışdır. Bakının simvoluna çevrilmiş Alov binalarının aşağı hissəsində , müasir tikililərin, o cümlədən yüksəkmərtəbəli yaşayış binalarına yaxın bir ərazidə yerləşən parkın vəziyyəti, görünür, heç kimi narahat etmir. Halbuki, yay vaxtı asudə, boş vaxtlarını keçirmək üçün parka yaşından asılı olmayaraq hamının ehtiyacı var. Vaxtı ilə yaşıllığa bürünmüş parkda bu gün ancaq şam ağacları qalmış, digərləri isə qurumuşdur. Görünür , şam ağacları da həmişəyaşıl olduqlarına görə qala bilmişdir. Üstəlik bu ağaclar da baxımsızlıq ucbatından məhv olmaq üzrədir. Ərazidə iri lay beton daşlara, müxtəlif zir-zibilə rast gəlmək olur. Zibilliyi xatırladan ərazi sahibsiz itlərin, pişiklərin yuvasına çevirilmişdir. Bir neçə dəfə ehtiyatsızlıq ucbatından yanğının baş verdiyi ərazi, lazım gələndə , ayaqyolu funksiyasını da yerinə yetirir. Asfalt örtüyünü yarıb çıxmış otlar da yay günü saraldığından parkın,əgər belə demək mümkün olsa, görkəmini bərbad vəziyyətə salmışdır. Maraqlıdır, nəzarətsiz qalmış bu məkan insanların bu gün çox ehtiyac hiss etdikləri gözəl,yaşıl bir parka da çevrilə bilər, yaxud da mənfəətlərə qurban gedən, tikiləcək bir göydələnə də . Bunu isə artıq zaman göstərəcəkdir.

AZpress.AZ

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !