MOK və Coca-Cola şirkəti Bakı 2015 Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarını təbrik edib - FOTO

MOK və “Coca-Cola” şirkəti “Bakı 2015” Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarını təbrik edib FOTO

 Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və “Bakı 2015” ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkəti ölkəmiz üçün medal qazanan Azərbaycan idmançılarını təbrik edib.

MOK-un inzibati binasında “Coca-Cola” şirkəti və Olimpiya Komitəsinin rəsmiləri Azərbaycanı “Bakı 2015” Avropa Oyunlarında medal qazananmilli yığma komandamızın üzvləri ilə görüşüblər. Tədbirdə MOK-un baş katibi Ağacan Əbiyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, “Coca-Cola” şirkətinin Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə prezidenti QalyaFraymanMolinas, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoruCem Becel və Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançıları iştirak ediblər.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə keçirilmiş Avropa Oyunlarının yekunundan danışıb və bildirib ki, sözügedən yarışlarda Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar və nəticədə Azərbaycan milli yığması ölkə cədvəlində 2-ci yeri tutub: “Bu gün bizim zəfər günümüzdür.Bizim idmançılar Avropa Oyunlarında yüksək nailiyyətlər əldə ediblər. Həm idmançılarımızın əldə etdiyi nəticələr, həm də Oyunların uğurla keçirilməsi bizim hamımızı çox sevindirir. Bu qələbədə, bu uğurda əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk Fürsətdən istifadə edib MOK-un və “Bakı 2015” İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkətinə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm”.

Öz növbəsində tədbirdə çıxış edən QalyaMolinasqeyd edib ki, “Coca-Cola” şirkəti “Bakı 2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı olmağı ilə fəxr edir. “Avropa Oyunları çox böyük uğurla təşkil olundu. Ev sahibi olaraq Azərbaycanın bu qədər çox medal qazanması isə əlavə ilham qaynağı oldu. “Coca-Cola” olaraq bunun bir parçası olmaq şirkət üçün böyük qürur mənbəyidir” – deyə, xanım Molinas bildirdi. Q. Molinas “Coca-Cola” şirkətinin 1928-ci ildən etibarən Olimpiya Oyunlarınavə digər beynəlxalq idman yarışlarına dəstək verdiyini vurğuladı: “Hər təşkil edilən idman yarışı bir ilham mənbəyidir. Belə mötəbər oyunlar insanların, xüsusən də gənclərin idmana, sağlam həyat tərzinə marağını artırır. Biz bundan sonra da idmanı dəstəkləməyə davam edəcəyik. Avropa Oyunları idmanın Azərbaycanda inkişafı, sağlam həyat tərzinin təbliği baxımından çox böyük önəm daşıyır. Biz də “Coca-Cola” olaraq bunun bir hissəsi ola bildiksə, çox xoşbəxtik”.

Tədbir çərçivəsində “Coca-Cola” şirkəti medal qazanan idmançılarımıza üzərində adları,təmsil etdikləriidman növlərinin piktoqramı əks edilmiş və medallarına uyğun xüsusi sifarişlər hazırlanmış (qızıl, gümüş və bürünc üzlüklü) “Coca-Cola” məhsulları təqdim etdi. Bundan başqa, MOK-axatirə suveniri qismində üzərində Avropa Oyunlarında medal qazanmışAzərbaycan idmançılarının adlarıəks olunan 2 metr hündürlüyündə “Coca-Cola” butulkası təqdim olunub.

Qeyd etmək lazımdır ki, bu ilin aprel ayında “Coca-Cola” şirkəti “Bakı 2015” reklam-çarxı, o cümlədən “Coca-Cola”nın Avropa Oyunlarına həsr olunmuş və Avropa Oyunlarının səfiri, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın ifasında himni təqdim edib. Reklam-çarxı “Coca-Cola”nın Azərbaycanda yayımlanan televiziya çarxları arasında ən kreativlərindən biridir. Video-çarx və “Coca-Cola” tərəfindən eksklüziv olaraq “Bakı 2015” üçün hazırlanmış himn İlk Avropa Oyunlarının tanınma səviyyəsinin artırılmasına və insanların dəstəyinin gücləndirilməsinəxidmət edir.

Bundan başqa, Avropa Oyunları ərəfəsində “Coca-Cola” şirkətinin nümayəndələri Avropa Oyunlarının başlıca idman obyektlərindən olmuş BMX velosiped idmanının keçirildiyi VeloPark ərazisində Velosiped İdmanı Federasiyası ilə birgə yaşıllaşdırma aksiyası keçiriblər. Bu aksiya çərçivəsində 4 mindən çox ağac əkilib.

İnsanlarınAvropa Oyunlarına daha fəal qatılması üçün, onların xoşbəxtlik və sevinc hisslərinin artırılması üçün şirkət Bakı bulvarı ərazisində irimiqyaslı fan-zona təşkil edib. Fan Zona baş çəkən hər kəs müxtəlif əyləncəli oyunlarda iştirak edərək Avropa Oyunlarına bilet qazanmaq şansı əldə etdilər.

“Mən və Bakı 2015” fotomüsabiqəsi çərçivəsində isə hər kəs Oyunlarla bağlı yaşanan ən xoşbəxt anları əks etdirən şəkil çəkdirərək “menveBaku2015” həşteqi ilə sosial mediada paylaşırdı. Ən yaxşı fotolar “Bakı 2015” Avropa Oyunlarının yekununda nümayiş etdiriləcək xüsusi çarxda yer alacaq.

“Coca-Cola” şirkəti həm dünyada, həm də Azərbaycanda fəal və sağlam həyat tərzinin təbliği üçün irimiqyaslı layihələr keçirir. İdmanın, fəal və sağlam həyat tərzinin geniş yayılması bütün dünyada cəmiyyətin inkişafına müsbət təsir göstərir. “Coca-Cola” inanır ki, İlk Avropa Oyunları kimi idman tədbirləri cəmiyyətin bu istiqamətdə tərəqqisindəən güclü təsirə malikdir.

Qeyd edək ki, Avropa Oyunları Bakıda 12-28 iyun tarixlərində keçirilib. 20 idman növü üzrə keçirilən Oyunlar Avropanın başlıca multi-idman tədbiri olaraq 50 ölkədən 6 200 idmançıya 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiya Oyunları üçün təsnifat imkanları təqdim edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !