Bakı-2015 I Avropa Oyunlarında fərqlənmiş tibb işçiləri təltif olundu -

Bakı-2015 I Avropa Oyunlarında fərqlənmiş tibb işçiləri təltif olundu

Səhiyyə Nazirliyində Bakı-2015 I Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra etdiklərinə görə, mükafatlandırılmış şəxslərin təltif olunması mərasimi təşkil olundu.
Tədbiri acan səhiyyə naziri cənab Oqtay Şirəliyev ilk olaraq tədbir iştirakçılarını belə bir mötəbər yarışın böyük uğur və müvəffəqiyyətlə başa çatması münasibəti ilə təbrik etdi. Cənab nazir bildirdi ki, I Avropa oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir və bu böyük nailiyyət və uğur kimi Azərbaycan xalqının tarixinə həkk olundu. Bu oyunlar Avropa idman tarixində yeni səhifə açmaqla yanaşı, ölkəmizin tərəqqisinin, qüdrətinin sübutu baxımından da böyük əhəmiyyət kəsb edir. Bu tarixin açılması və yazılması ölkə prezidenti cənab İlham Əliyevin, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın tükənməz səyi və zəhmətinin nətiçəsidir. Cənab nazir vurğuladı ki, oyunların keçirildiyi 17 gün və ondan əvvəl hazırlıq işlərində ölkənin bütün qurumları, eləcə də, hər kəsin sağlamlığına cavabdehlik daşıyan səhiyyə xidmətləri çox yüksək səviyyədə təşkil olunmuşdur. I Avropa Oyunlarında iştirak üçün 600 dan artıq tibb işçisi cəlb edilmişdir. Tibb işçiləri bütün gözləntilərin öhdəsindən böyük məharətlə gəldi.
Daha sonra cənab nazirin Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kollektivinə, Kliniki Tibbi Mərkəzin kollektivinə, Bakı Sağlamlıq Mərkəzinin kollektivinə, İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Layihə Əlaqələndirmə bürosunun kollektivinə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivinə, I Avropa Oyunlarının tibbi təminatında öz vəzifə borclarını layiqincə və yüksək səviyyədə yerinə yetirdiklərinə görə təşəkkür əmri səsləndirildi. Sonda cənab Oqtay Şirəliyev fərqlənmiş tibb işçilərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı, “Fəxri Fərman” və yadigar hədiyyələrlə təqdim etdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !