Saymon Kleq: - "İlk Avropa Oyunları RYTN-in əməkdaşlarının töhfəsi olmadan öz məqsədlərinə çata bilməzdi"

Saymon Kleq: "İlk Avropa Oyunları RYTN-in əməkdaşlarının töhfəsi olmadan öz məqsədlərinə çata bilməzdi"

Rabitə və yüksək texnologiyalar naziri
cənab Əli Abbasova


Artıq ilk uğurlu Avropa Oyunlarının yekunlaşdığı bir mərhələdə biz bir komanda olaraq hansı nailiyyətlər əldə etməyimizdən məmnunluq duymalıyıq.

Bildiyiniz kimi, minlərlə azərbaycanlı, dünya ölkələrindən gələn insanlar, minlərlə könüllülər Azərbaycanın və Avropanın tarixini yazdılar.

“Bakı 2015” ilk Avropa Oyunlarının möhtəşəm uğurlarında əlbəttə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının da böyük əməyi və dəstəyi vardır, onlar bu möhtəşəm tarixin yazılmasında fəal iştirak etmişlər. İlk Avropa Oyunları Sizin şəxsi dəstəyiniz və nazirliyin əməkdaşlarının töhfəsi olmadan öz məqsədlərinə çata bilməzdi.

Bu gün Sizi gördüyüm üçün çox məmnunam və Sizə mənə hədiyyə etdiyiniz qızıl sikkə, xalça və fəxri diploma görə minnətdarlığımı bildirirəm. Həmin bu hədiyyələr mənə Sizin və nazirliyinizin BEGOC-a Avropa Oyunlarının uğurla təşkil olunmasında əvəzsiz dəstəyini daim xatırladacaqdır.

Sizə gələcək işlərinizdə uğurlar diləyirəm, Sizə şəxsi dəstəyinizə və dostluğunuza görə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, gələcəkdə bizim yollarımız yenidən kəsişəcək.




Saymon Kleq

Avropa Oyunları Əməliyyat Komitəsinin
Əməliyyatlar üzrə baş direktoru  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !