Şəki İpək Yolu VI Beynəlxalq musiqi festivalında Polşa instrumental duetinin çıxışı maraqla qarşılanıb - FOTO

Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalında Polşa instrumental duetinin çıxışı maraqla qarşılanıb FOTO

İyulun 2-də Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində Polşanın “AcCello Duo” instrumental duetinin konserti olub.
Şəki şəhərindəki XVIII əsrin sonu - XIX əsrin əvvəllərində inşa edilmiş tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil olunan konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, festivala dəvət olunmuş qonaqlar, musiqisevərlər iştirak ediblər.
Əvvəlcə məlumat verilib ki, “AcCello Duo” instrumental dueti akkordeon ifaçısı Konrad Merta və violonçel ifaçısı Pyotr Qah tərəfindən 2011-ci ildə yaradılıb. Duet bir sıra nüfuzlu beynəlxalq müsabiqə və festivalların iştirakçısı və qalibidir.
Akkordeon ifaçısı, aranjimançı və bəstəkar Konrad Merta Katovitse Musiqi Akademiyasının məzunudur. O, ifaçılıq fəaliyyətini həm solist, həm də müxtəlif ansamblların tərkibində davam etdirir. Polşada və xarici ölkələrdə keçirilən bir çox nüfuzlu müsabiqə və festivalların qalibidir. “Gənc Polşa” proqramı çərçivəsində Milli İrs və Mədəniyyət Nazirliyinin təqaüdünə layiq görülən Konrad Merta dəfələrlə Macarıstan, Litva, Slovakiya, Almaniya, İsveçrə, Fransa və Qətərdə konsert proqramları ilə, həmçinin bir sıra tanınmış simfonik orkestr və musiqi kollektivləri ilə çıxış edib.
Duetin digər üzvü Pyotr Qah da solo ifaçısı və instrumental ansamblların üzvü kimi müxtəlif festival və müsabiqələrdə iştirak edib, bir sıra uğur qazanıb. Hazırda Katovitse Musiqi Akademiyasında təhsilini davam etdirir.
İnstrumental duetin təqdim etdiyi klassik və müasir bəstəkarların əsərlərindən, müəllif kompozisiyalardan ibarət konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından duetə xatirə hədiyyəsi təqdim olunub.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !