Raqif Abbasov "Bakı-2015"in ən yaddaqalan 10 məqamından danışdı -

Raqif Abbasov "Bakı-2015"in ən yaddaqalan 10 məqamından danışdı

“Bütün Azərbaycan xalqını ilk Avropa Oyunlarının möhtəşəm şəkildə keçirilməsi, idmançılarımızın yüksək nəticələri münasibəti ilə təbrik edirəm”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib. O, “Bakı-2015” I Avropa Oyunlarında 10 ən yaddaqalan məqamları açıqlayıb: “İlk ən yaddaqalan məqam “Bakı-2015”in açılış mərasimi oldu. İkincisi Oyunların rəmzləri olan nar və ceyranın təbliğ və təqdim olunması, üçüncüsü azarkeş kütləsi və yarış zallarının tam dolu olması, dördüncüsü yunan-Roma güləşçimiz Rəsul Çunayevin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə hərbi salam verməsi, beşincisi Azərbaycan könüllüsünün polşalı batut idmançısını yıxılarkən xilas etməsi və böyük zədələrin qarşısını alması, altıncısı könüllülərin işi, yeddincisi təltifetmə zamanı Ukraynanı təmsil edən erməni əsilli idmançıya Azərbaycan Prezidentinin müdrik və dünya liderlərinə xas olan münasibəti, səkkizincisi 1-ci yer kürsüsündə paralimpiya cüdoçumuz İlham Zəkiyevlə Azərbaycan Prezidenti İlham Əliyevin birlikdə tamaşaçıları salamlaması, doqquzuncusu möhtəşəm bağlanış mərasimi, onuncusu isə olimpiya yığma komandamızın komanda hesabında 2-ci yeri tutması və idmançılarımızın 56 medal qazanmasıdır”.

R. Abbasov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İlk Avropa Oyunları zamanı arenalara gəlməsi Azərbaycan hökumətinin Oyunlara, ümumilikdə idmana olan münasibətini göstərir. O bildirib ki, “Bakı-2015” ilk Avropa Oyunlarının həm rəmzlərində, həm də fəlsəfəsində dünyaya barış, sülh və birlik çağırışı ifadə olunur.

“Təltifolunma mərasimində Ukraynanı təmsil edən erməni əsilli idmançının olmasına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin mükafatlandırma mərasimində iştirakı və müdrik münasibətini bütün dünya gördü. Böyük insan kütləsinin Prezidentinin, Ali Baş Komandanının bir jestinə dərhal reaksiya verməsi Prezidentlə xalqın vəhdətini göstərir. Bütün xalqımız Prezidentimizin ətrafında sıx birləşib. Bunu bütün dünya gördü. Biz dünyaya demək istəyirik ki, sülhün, düzgünlüyün, haqqın tərəfdarıyıq”,- deyə R. Abbbasov vuğulayıb.

 

 

Elgün Vidadioğlu

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !