BSU rektoru könüllülərlə görüşüb -

BSU rektoru könüllülərlə görüşüb

Bakı Slavyan Universitetində Birinci Avropa Oyunlarında fəal iştirak etmiş universitet tələbələri ilə görüş keçirilib. BSU-nun rektoru, professor Asif Hacıyev Birinci Avropa Oyunlarının tarixi və milli əhəmiyyətini, bu Oyunların ölkəmizin dünya miqyasında böyük uğuru olmasını qeyd edib. Rektor Prezident İlham Əliyevin və Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi qayğıdan və oyunlarda könüllülərin fəaliyyətinin onların bir vətəndaş, mütəxəssis kimi formalaşmasında böyük əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Birinci Avropa Oyunlarında BSU-nun 1077 tələbəsi 215 istiqamət üzrə fəal iştirak edib. Rektor könüllülərə təşəkkürünü bildirib və onların Birinci Avropa Oyunları zamanı qazandıqları təcrübədən universitetdəki ictimai işlərdə, ümumən gələcək fəaliyyətlərində uğurla istifadə edəcəklərinə əmin olduğunu söyləyib.
Görüşdə könüllülər öz fəaliyyətləri haqqında danışıb, Birinci Avropa Oyunları barədə xatirələrini və təəssüratlarını bölüşüblər. Avropa Oyunlarının könüllüləri kimi iştiraklarından qürur duyduqlarını bildirən tələbələr bu təcrübənin onların idarəçilik qabiliyyətinin, dünyagörüşlərinin, dil biliklərinin və s. inkişafında böyük rol oynayacağını vurğulayıblar. Könüllülər xarici qonaqların Bakının əsrarəngiz gözəlliyinə, şəhərimizin yüksək səviyyədə inkişafına valeh olduqlarını və Azərbaycandan xoş təəssüratlarla ayrıldıqlarını vurğulayıblar.
Görüş zamanı Bakı Slavyan Universitetinin rektoru “Təhsil aldığı müəssisənin Tələbə Gənclər Təşkilatında göstərdiyi uğurlu fəaliyyətə” görə universitetin yeddi tələbəsinə Gənclər və İdman Naziri Azad Rəhimovun və ATGTİ-nin sədri Şahin İsmayılovun imzası ilə təltif edildikləri diplomları təqdim edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !