Mən və Bakı 2015 - VİDEO

Mən və “Bakı 2015” VİDEO

 “Coca-Cola” şirkəti “Bakı 2015” Avropa Oyunlarına həsr olunmuş qeyri-rəsmi himnin musiqisinə hazırlanmış və yüzlərlə insanın xoşbəxt anlarını əks etdirən video-çarxı təqdim edib.

Olimpiya Oyunlarının qlobal partnyoru və “Bakı 2015” İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkəti bütün dünyada insanlarasevinc vəxoşbəxtlik hisslərini yaşatmaq üçün müxtəlif kampaniyalar keçirir. “Bakı 2015” Oyunları çərçivəsində keçirdiyi kampaniyanın yekunu olaraq“Coca-Cola”şirkəti Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ilə birgəAvropa Oyunlarının qeyri-rəsmi himninin video-çarxınıtəqdim edib. Sözügedən video-çarxınhazırlanması iki ay çəkdi və bu müddət ərzində minlərlə insan klipin çəkilişində iştirak etmək fürsəti əldə etdi. Bunun üçün “Instagram” və ya “Facebook” sosial şəbəkələrində #MenveBaku2015 həşteqi ilə fotoşəkil ilə paylaşmaq lazım idi. Təqdim edilən fotolar arasındaAvropa Oyunlarının insanlara sevinc və xoşbəxt anlar bəxş etməsini əks etdirən ən şəkillər seçilərək klipə daxil edildi.

“Coca-Cola” şirkətinin bu təşəbbüsü geniş populyarlıq qazandı. Belə ki, 1 270 insan öz şəklini təqdim etdi, onlardan 127 ən uğurlu alınan fotolar Tünzalənin musiqisinə hazırlanan video-çarxda əks olunub. Sözügedən video-çarxı artıq bu gündən etibarən Azərbaycan telekanallarının efirində izləmək mümkündür.

“Bizə çox sayda kreativ fotoşəkillər daxil oldu və video-çarx üçün ən yaxşı şəkilləri çətinliklə seçə bildik. Müsbətemosiyalar və xoş əhval-ruhiyyəbəxş edən gənclərin fantaziyası bizi çox sevindirdi. “Coca-Cola” bununla bölüşməkdən və idman bayramından nə qədər insanın sevinc və fəxr hissi keçirdiyini əks etdirən video-çarxı nümayiş etdirməkdən məmnundur. Biz əminik ki, bu cür əhval-ruhiyyə, xoş xatirələr və idmana sevgiAzərbaycan xalqı üçün ”Bakı 2015” İlk Avropa Oyunlarının əsas mirasından biri olacaqdır”, - deyə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel bildirib.

“Bakı 2015” yarışları öz ətrafında milyonlarla insanı birləşdirdi və gələcəkdə də minlərlə insan üçün idman və bədən tərbiyəsi ilə məşğul olmağa, həmçinin sağlamlığın qayğısına qalmağa stimul yaradacaq. “Coca-Cola”nın qlobal missiyası – bütün dünyada insanları yaxşı fiziki formanın və əhval-ruhiyyənin rəhni sayılan sağlam həyat tərzi aparmağa dəvət etməkdir.“Coca-Cola” Olimpiya hərəkatının dəyərlərini bölüşür və ən iri idman yarışlarını, o cümlədən Avropa Oyunlarını dəstəkləyir.

“İlk Avropa Oyunları – Azərbaycanda hər bir insanı əhatə edən bayram oldu. Qələbə sevinci, həmrəylik, dostluq, təbəssüm və xoş əhval-ruhiyyə sözügedən yarışın ən böyük nailiyyətlərindəndir. Bir bəstəkar və musiqiçi kimi xoşbəxtəm ki, mənim musiqim “Coca-Cola”nın Avropa Oyunlarına həsr etdiyivideo-çarxa topladığı xoşbəxt anları bir qədər də gücləndirdi”, - deyə Tünzalə Ağayeva bildirib.

“Coca-Cola” şirkəti “Bakı 2015” Avropa Oyunları çərçivəsində genişmiqyaslı kampaniya keçirib. Bu kampaniyaya aprel ayından etibarən başlayaraq şirkət Avropa Oyunlarına həsr etdiyireklam video-çarxını və Azərbaycanın əməkdar artisti, “Bakı 2015”in səfiri, Tünzalə Ağayevanın bəslədiyi “Coca-Cola” himnini təqdim edib. Buvideo-çarx “Coca-Cola”nın Azərbaycanda yayımlanan televiziya reklamları arasında ən kreativlərindən biridir. Sözügedən video-çarx və “Coca-Cola” tərəfindən eksklüziv olaraq “Bakı 2015” üçün hazırlanmış himn İlk Avropa Oyunlarının tanınma səviyyəsinin artırılmasına və insanların dəstəyinin gücləndirilməsinə xidmət edib.

Avropa Oyunları ərəfəsində “Coca-Cola” şirkəti Oyunların ekoloji irsinə də öz töhfəsini verib. Belə ki, şirkətin əməkdaşları BMX velosiped idmanının keçirildiyi VeloPark ərazisində yaşıllaşdırma aksiyası keçiriblər. Bu aksiya çərçivəsində 4 min ağac əkilib.

Bundan başqa, yarışlardan öncə “Coca-Cola” şirkətini nümayəndələri Azərbaycan yığmasının üzvləri ilə bir sıra görüşlər keçirib, idmançılara Oyunlarda uğurlar arzulayıb və idmançılarımız üçün xüsusi olaraq hazırlanmışvə üzərində adları əks olunmuş butulkaları təqdim edib.

İlk Avropa Oyunlarını və Milli Yığmamıza dəstəyi artırmaq üçün şirkət Dənizkənarı Milli Parkda genişmiqyaslı fan-zona təşkil etmişdir. Burada hər bir insan özünü Avropa Oyunlarının qəhrəmanı hiss etmək, oyunlara bilet udmaq və müxtəlif əylancəli idman yarışlarında iştirak etmək imkanı əldə etmişdir.

“Coca-Cola” şirkəti həm dünyada, həm də Azərbaycanda fəal və sağlam həyat tərzinin təbliği üçün irimiqyaslı layihələr keçirir. İdmanın, fəal və sağlam həyat tərzinin geniş yayılması bütün dünyada cəmiyyətin inkişafına müsbət təsir göstərir. “Coca-Cola” inanır ki, İlk Avropa Oyunları kimi idman tədbirləri cəmiyyətin bu istiqamətdə tərəqqisində ən güclü təsirə malikdir.

Qeyd edək ki, Avropa Oyunları Bakıda 12-28 iyun tarixlərində keçirilib. 20 idman növü üzrə keçirilən Oyunlar Avropanın başlıca multi-idman tədbiri olaraq 50 ölkədən 6 200 idmançıya 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiya Oyunları üçün təsnifat imkanları təqdim edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !