UNEC-də I Avropa Oyunlarında könüllü kimi iştirak etmiş tələbələrlə görüş keçirilib - FOTO+VIDEO

UNEC-də I Avropa Oyunlarında könüllü kimi iştirak etmiş tələbələrlə görüş keçirilib FOTO+VIDEO

İyulun 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk Avropa Oyunlarında könüllü kimi iştirak edən tələbələrlə görüş keçirilib.
Görüşdə tələbələrin könüllü kimi fəaliyyətləri zamanı rastlaşdıqları maraqlı hadisələrdən bəhs edən video-çarx nümayiş olunub. Video-çarx tələbələr tərəfindən maraqla qarşılanıb.
UNEC-in rektoru, professor Ədalət Muradov ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasından və könüllülərin fəaliyyətlərindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın könüllülərin iştirakına verdiyi yüksək dəyərdən danışıb.
Rektor bildirib ki, 17 gün möhtəşəm idman tədbiri heç şübhəsiz ki, ölkəmiz üçün iqtisadi baxımdan çox böyük bir hadisə kimi də qiymətləndirilə bilər. I Avropa oyunları ölkəmizdə insan kapitalı, həmçinin də sosial kapitalın inkişafına da təkan vermişdir ki, bunlar da ölkənin davamlı iqtisadi inkişafı baxımından həlledici əhəmiyyətə malikdir.
UNEC-dən 2657 tələbənin iştirak etdiyi bu könüllülər hərəkatı ölkəmizin xarici vətəndaşlara ən yüksək səviyyədə təqdim olunması işində aktiv iştirak edərək xalqımızı, doğma vətənimizi, o cümlədən təhsil aldıqları universitetlərini layiqincə təmsil etmişlər.
Könüllülərə uğurlu iştiraklarına görə şəxsi işlərinə əlavə olunmaqla hər bir tələbəyə təşəkkürnamə verilməsi barədə qərar qəbul edildi.
Tədbirin sonunda rektor tələbələrlə xatirə şəkili çəkdirib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !