Rektor istehsalat təcrübəsində olan tələbələrə baş çəkib -

Rektor istehsalat təcrübəsində olan tələbələrə baş çəkib

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, tədris işləri üzrə prorektor Anar Hətəmov, elmi işlər üzrə prorektor Nizami Seyidəliyev və TGT sədri Turan Məmmədzadə 10 iyul 2015-ci il tarixində Şəmkir rayonunun Keçili kəndində yerləşən pomidor və çiyələk istehsalı ilə məşğul olan təsərrüfatda istehsalat təcrübəsi keçən 5 tələbə və Tovuz rayonu İbrahim Hacılı kəndində yerləşən "Tovuz-Baltiya" şirkətində istehsalat təcrübəsi keçən 30-dan çox tələbə ilə yerində görüşüb, onların poblemlərini dinləmiş və tələbələrlə Tovuz rayonunun əsrik dərəsində şam yeməyində iştirak edib. Şam yeməyində universitetin ansamblı müvafiq konsert proqramı ilə çıxış edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !