"Bakı-2015: Xoşbəxt anlar" adlı fotosərgi açılıb - FOTO

"Bakı-2015: Xoşbəxt anlar" adlı fotosərgi açılıb FOTO

İyulun 15-də "Kiçik QalArt" qalereyasında birinci Avropa Oyunlarına həsr olunmuş "Bakı-2015: Xoşbəxt anlar" adlı fotosərgi açılıb. Sərgi "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") və birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Azərbaycan Coca-Cola Bottlers" şirkətinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilib. Açılış mərasimində çıxış edən "Arts Council Azerbaijan"ın rəhbəri Dadaş Məmmədov və "Coca-Cola" şirkətinin nümayəndəsi Qabil Əhmədov müsabiqə və sərgi barədə məlumat veriblər. Bildirilib ki, sərgidə 16-30 iyun tarixlərində keçirilmiş fotomüsabiqədə seçilmiş fotolar nümayiş olunur. Vurğulanıb ki, fotolar oyunlar zamanı yaşanan ən xoşbəxt anları və emosiyaları, o cümlədən insanların Oyunlar zamanı keçirdikləri sevinc anlarını, “Coca-Cola” brendindən istifadə, “Coca-Cola”nı içərkən sevinc və şadlığı, idmançıların və azarkeşlərin sevincini, qələbə anlarını və müxtəlif emosiyaları əks etdirir. Tədbirdə fotomüsabiqənin qalibləri mükafatlandırılıb. Birinci yerə "Qürurverici hisslər" fotosuna görə Rüstəm İsmayılov, 2-ci yerə "Tapşırıq yerinə yetirildi" adlı fotoya görə Bakı media mərkəzinin əməkdaşı Vüqar İbadov layiq görülüb. Üçüncü yer isə 2 nəfərə - "Əhsən qızlar" fotosuna görə Bəkir Dəlləkov və "Bakı 2015" fotosuna görə Mirsadıq Hüseynova verilib. Qaliblərə diplomlar və hədiyələr təqdim edilib. Müsabiqədə seçilmiş 50-dək fotonun nümayiş olunduğu sərgi iyulun 22-dək davam edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !