«Şəki Beynəlxalq Ənənəvi Şirniyyat Festivalı 2015» - FOTO

«Şəki Beynəlxalq Ənənəvi Şirniyyat Festivalı 2015» FOTO

Artıq 6 ildir 20 iyul tarixində dünya miqyasında Beynəlxalq Şirniyyat Günü qeyd edilir. İlk dəfə 2011-ci ildə bir çox ölkələrdə keçirilən bu bayram millətlər, insanlar və xalqlar arasında dostluq, sülhə və peşəkarlığa həsr olunur.
Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM), Azərbaycan Milli Kulinariya Assosasiyası (AMKA), Şəki Şəhər İcra Hakimiyyəti, “İnci” dəftərxana ofis və məktəb ləvazimatları firması, "QuickS" əmtəə nişanı, “Kanal-S televiziya şirkəti”,”APA”- informasiya agentliyi, “Xanədan “restoranı,”Qəbələ Premium” -quşçuluq,”Millennium”turizm şirkəti, və “Azərsun” holdinqin birgə əməkdaşlığı ilə Şəki şəhərində II Beynəlxalq Ənənəvi Milli Şirniyyat Festivalı keçirilir.
Tədbirin öncədən anons edilməsi,birbaşa və sonradan yayımını və s. həyata keçirmək məqsədi ilə “Kanal-S televiziya şirkəti” və “APA” informasiya agentliyi(APA tv) tədbirin eksklüziv informasiya sponsorudur.
“Xanədan “etno - restoranı tədbirin baş sponsorudur.
Beynəlxalq Ənənəvi Şirniyyat Festivalında Şəkidən 17 şirniyyat evi, 12 dövlət Azərbaycan, Türkiyə, Yunanıstan, Ruminya, İndoneziya, Moldova, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Serbiya, Şimal Kipr Türk Cümhuriyyəti, Qırğızıstan, Koreya kulinarlar və Azərbaycanın 21 bölgəsi də (Şəki, Oğuz, Qəbələ, Ucar, Gəncə, Goranboy, Qazax, Ağstafa, Yevlax, İsmayıllı, Agsu, Qazax,Şamaxı, Şəmkir, Naftalan, Ağdaş, Qax,Daşkəsən, Göygöl, Göyçay, Kürdəmir,Zaqatala) öz şirin xörəklərini (firni, xəşil, şirin plov südlü sıyıq və s. kimi), unlu qənnadı məmulatlarını (paxlava, fəsəli, qatlama, zilviyyə, umac halvası kimi), milli şəkərli şirniyyatlarını (noğul, qoz halvası, səməni halvası və bu kimi) sərgilənir.
Şirniyyat məhsulları öncədən hazırlanmış şəkildə gətirildi. Ayrılmış sərgi yerində iştirakçılar özlərinə məxsus milli paltarda, öz bölgələrinə məxsus məişət əşyaları, xalça, həsir və s. sərgiləyərək, sərgi yerində bölgənin əhval-ruhiyyəsini yaradırlar.
II Beynəlxalq Ənənəvi Milli Şirniyyat Festivalının qalibləri:
Ölkələr arasında:
I YER: Ruminiya
II YER: Rusiya
II YER: Serbiya
III YER: Moldova
III YER: Qırğızıstan
III YER: Şimali Kipr
IV YER: Koreya, Türkiyə, İndoneziya
Şəkidə fəaliyyət göstərən şirniyyat sexləri arasında:
I YER: Əli Əhməd Şirniyyat evi
II YER: Ruzi Şirniyyat evi
III YER: Sehirli Təndir Şirniyyat evi
Azərbaycanın 26 bölgəsi arasında:
I YER: Gəncə
II YER: Zaqatala
II YER: Şəki
III YER: Naftalan, Oğuz, Göyçay
IV YER: İsmayıllı, Ağdaş, Ağsu, Ucar, Şamaxı, Qəbələ, Goranboy
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kuboku:
Şəki şəhər İcra Hakimiyyətinə təqdim edildi.
I yer və Azərbaycan Milli Kulinariya Mərkəzinin Kuboku: Fransa komandasına təqdim edildi.
I yer və Azərbaycan Milli Kulinariya Assosasiyasının Kuboku: Qazaxıstan komandasına təqdim edildi.
Münsiflər heyəti tərəfindən müəyyən olunmuş qaliblər və iştirakçılar sponsorlar və təşkilat komitəsi tərəfindən diplomlar və hədiyyələrlə mükafatlandırılır.
Tədbirin sonunda xarici ölkə nümayəndələri tərəfindən iştirakçılara diplom və medallar təqdim edildi.
Tədbirin münsiflər heyəti:
Münsiflər heyəti 4 qrup şəklində fəaliyyət göstərdi:
1.Qrup: Marko Petroviç rəhbərliyi altında
2.Qrup:Elena Maşinskayanın rəhbərliyi altında
3.Qrup:Elena Cobanın rəhbərliyi altında
4.Qrup:Yuliya Draqutun rəhbərliyi altında
Sədr:
Suckova Elena – Korkunov adına “Moskva Şokolad Məktəbi”-nin rəhbəri.
Üzvlər:
1. Stalik Xankişiyev - MDB ərazisində məşhur olan populyar mətbəx kitablarının müəllifi, Rusiya kanallarında daimi mətbəx verilişləri aparan, dünya şöhrətli kulinar, usta aşpaz.
2. Suckova Elena – Korkunov adına “Moskva Şokolad Məktəbi”-nin rəhbəri.
3. Ciobani Elena - Moldova Kulinariya Assosasiyasının prezidenti.
4. İulia Dragut – Rumınya Aşpazlar Assosasiyasının prezidenti.
5. Faik Buyrukçu - Türkiyə Cümhuriyyəti Aşçılar Federasiyonunun üzvü.
6. Zihni Turksel- Şimali Kipr Türk Cümhuriyyətinin “ Lefke Avrupa Üniversitesi”- Qastronomi hocası.
7. Yelena Maşinskaya-Kazaxıstan Kulinariya Assosasiyasının prezidenti.
8. Marko Petroviç-Serbiya Kulinariya Assosasiyasının üzvü.
9. Safargul Turdubekova – “Manas” Qırğız-Türk Universitetinin baş müəllimi.
10. Ceyran Əsgərova - ADİU-nin magistri. AMKM-də baş direktor müavini, AMKA-nın icraçı direktorudur. Respublika kulinariya şurasının üzvü, Çempionatlar laureatı, Xarkov instututunun disertant, usta aşpaz.
11. Aynurə Əmiraslanova- ADİU-nin magistri. Respublika kulinariya şurasının üzvü, Çempionatlar laureatı, usta dərəcəli aşpaz.
12. Tünzalə Məmmədzadə - Bakı şəhəri 18 saylı peşə liseyinin məzunu, AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı,usta dərəcəli aşpaz.
13. Emma Abdullayeva - ADİU-nun magistr tələbəsi, AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, "Azərsun Holding"-in məhsul-tanıtım mütəxəssisi, 3-cü dərəcəli aşpaz.
14. Gülnar Ələsgərova - ADİU-nun məzunu, AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, Gənclər mükafatı laureatı, usta dərəcəli aşpaz.
15. Elnurə Quliyeva - ADİU-nin magistri, AMKM-in baş texnoloqu, AMKA-nın üzvü. Beynəlxalq Çempionatların qalibi.
16. Leyla Kərimli - Qida mühəndisliyi üzrə bakalavr, AzDİU-nun məzunu, AMKM-in aparıcı texmoloqu, Beynəlxalq Çempionatların qalibi.
17. Aygül Əsgərova - Qida mühəndisliyi üzrə bakalavr, Azərbaycan Turizm İnstitutunun məzunu, AMKM-in aparıcı texmoloqu, Beynəlxalq Çempionatların qalibi.
18. Bəyim Məmmədova - Qida mühəndisliyi üzrə bakalavr, Azərbaycan Turizm İnstitutunun məzunu, AMKM-in aparıcı mütəxəssisi, Beynəlxalq Çempionatların qalibi.
19. Musabəyli Azadə - Qida mühəndisliyi üzrə bakalavr, Azərbaycan Turizm İnstitutunun məzunu, AMKM-in mütəxəssisi, Beynəlxalq Çempionatların qalibi.
20. Abdullayeva Tərlan- Qida mühəndisliyi üzrə bakalavr, AzDİU-nun məzunu, AMKA-nın üzvü,18 saylı peşə məktəbinin müəllimi, Beynəlxalq Çempionatların qalibi.
23.Aysel Şıxəliyeva - ADİU-nin magistri, AMKM-in baş texnoloqu, AMKA-nın üzvü. Beynəlxalq Çempionatların qalibi. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !