Sevinc Kuboku uğrunda Bakı şəhər birinciliyi -

Sevinc Kuboku uğrunda Bakı şəhər birinciliyi

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında iki yaş qrupu arasında futbol üzrə “Sevinc” Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir. Ümumilikdə yarışda 202 nəfər yeniyetmə futbolçu iştirak etmişdir.

I yaş qrupu arasında 2002-2003-cü il təvəllüdlülər arasında yarimfinala çıxan Xəzər və Yasamal rayon komandaları arasında keçirilən oyunda 0:2 hesabı ilə Yasamal rayon komandası, Suraxanı və Binəqədi rayon komandaları arasında keçirilən oyunda isə 3:1 hesabı ilə Suraxanı rayon komandası qalib gəlmişdir. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Yasamal və Suraxanı rayon komandaları arasında keçirilən gərgin oyundan 4:1 hesabı ilə Yasamal rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Binəqədi və Xəzər komandaları arasında keçirilən oyunda 0:2 hesabı ilə Xəzər komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə “Yasamal” komandası, 2-ci yerə “Suraxanı” komandası, 3-cü yerə isə “Xəzər” komandası layiq görülmüşlər.

2004-2005-ci il təvəllüdlülər arasında yarimfinala çıxan Xətai və Suraxanı rayon komandaları arasında keçirilən oyunda 3:1 hesabı ilə Xətai rayon komandası, Nərimanov və Xəzər rayon komandaları arasında keçirilən oyunda isə 2:0 hesabı ilə Nərimanov rayon komandası qalib gəlmişdir. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Xətai və Nərimanov rayon komandaları arasında keçirilən oyunda 0:1 hesabı ilə Nərimanov rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Suraxanı və Xəzər komandaları arasında keçirilən oyunda 0:4 hesabı ilə Xəzər rayon komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə “Nərimanov” komandası, 2-ci yerə “Xətai” komandası, 3-cü yerə isə “Xəzər” komandası layiq görülmüşlər.

Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Sevinc” Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təqdim edilmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !