Aygün Kazımova: - “Konsertim Avropa Oyunlarının qaliblərinə həsr olunur”

Aygün Kazımova: “Konsertim Avropa Oyunlarının qaliblərinə həsr olunur”

 

Azərbaycanın xalq artisti Aygün Kazımova solo konsertə hazırlaşır. Hər zaman idmançılara verdiyi dəstəklə seçilən xalq artisti, bu dəfə də ənənəsinə sadiq qalıb. Bu haqda müğənni AZpress.AZ -a açıqlama verərək, konsertini Azərbaycanda keçirilən İlk Avropa Oyunlarının qaliblərinə həsr etdiyini bildirib:

“Yay konsertimi Avropa Oyunlarının qaliblərinə həsr edirəm. Onlar bizim bayrağımızı ucaldıb, himnimizi səsləndirib. Bütün azərbaycanlılar kimi, mən də çempionlarımız ilə fəxr edirəm. Onlar ölkəmizdə baş tutan möhtəşəm Avropa Oyunlarında bizim adımızı ucaltdılar. Mən hər zaman idmançılarımıza var gücümlə dəstək olmuşam, oluram və olacağam”.

Xatırladaq ki, xalq artisti bundan əvvəl də idmana və qalib idmançılara dəstək layihələrinə imza atıb. Məsələn, ən son xalq artisti ötən ay güləş üzrə Naxçıvan Kuboku uğrunda beynəlxalq turnirin açılışında iştirak edərək, idmançılara dəstəyini nümayiş etdirib.

Qeyd edək ki, Aygün Kazımovanın “Ayrılarmı könül candan” adlı yay konserti paytaxtın dənizkənarı əyləncə mərkəzlərindən birində, 21 avqust saat 21:00-da başlayacaq.

 

İsa Şükürov