Təşkilatçı Aqil Məmiyev Miss Exclusive Beynelxalq gözəllik müsabiqəsinin finalında - FOTO

Təşkilatçı Aqil Məmiyev Miss Exclusive Beynelxalq gözəllik müsabiqəsinin finalında FOTO

Müsabiqə Bakı vaxtı ilə 22 30-da Number OneTV-də canlı yayımlanacaq.
Bu gün, yəni avqustun 15-də Türkiyənin İzmir şəhərində “ Miss Exclusive of the World 2015” beynəlxalq model müsabiqəsinin final mərhələsi keçiriləcək.
Bu haqda layihənin milli direktoru təşkilatçı Aqil Məmiyev verib:
“Hazırda mən təmsilçimizə dəstək olmaq üçün Türkiyənin İzmir şəhərindəyəm, təmsilçimiz Günel Şirəliyeva ilə birlikdə yarışma ilə bağlı hazırlıqları bitirmək üzərəyik. Qeyd etmək istəyirəm ki, Miss Exclusive of the World müsabiqəsinin Azərbaycan təmsilçisi Günel Şirəliyeva və Tatarıstan təmsilçisi Liliya Alekseyeva müsabiqənin milli geyim gecəsində həmişə olduğu kimi, çox dəyərli sənətşünaslıq üzrə fəlsəfə doktoru, PhD Modelyer-Dizayner Gülnarə Xəlilovanın kolleksiyasından geyinəcək.
Həmçinin müsabiqənin prezidenti Çağrı Tortopla sonuncu görüşümüzdə qərar verdik ki, gələn il bu müsabiqəni ölkəmizdə keçirək. Bu ölkəmizi tanıtmaq və turizm baxımından çox gözəl addım olardı”.
Müsabiqə Number One TV ilə canlı yayımlanacaq. Münsiflər heyətində Türkan Şoray, Uğurkan Erez, Çağla Şikel kimi məşhurların yer alacaq.Möhtəşəm gecədə səhnədə Ece Seçkin və Sərdar Ortaç yer alacaq.
Xatırladaq ki, “Miss Exclusive of the World 2015” müsabiqəsində dünyanın 40 ölkəsindən qızlar iştirak edəcək. Keçən il bu müsabiqədə ölkəmizi tanınmış aktrisa və model Tamilla Həmidova təmsil etmişdi.