"Cızma-Qara" layihəsi çərçivəsində ikinci təlim həyata keçirilib -

"Cızma-Qara" layihəsi çərçivəsində ikinci təlim həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Züleyxa Məmmədovanın layihə rəhbəri olduğu "Cızma-Qara"bloqqerlik məktəbi layihəsi davam edir. 20 avqust tarixində"Cızma-Qara" layihəsi çərçivəsində baş tutan 2-ci təlim keçirildi.

Təlimin ikinci günü gənclər üçün daha maraqlı və əyləncəli keçib, artıq onlar ilk bloq yazıları üzərində çalışıb, onları müzakirə edib, yeni tapşırıqlar aldılar. Qeyd etmək lazımdır ki, təlim vasitəsi ilə şəbəkəsini genişləndirən gənclər, artıq təlimin ikinci günündə tapşırıqları qrup şəklində yerinə yetirməyə başladı. Gənc bloqqerlər günə verilən tapşırıqları oxumaqla başladılar, daha sonra təlimçi İlqar Mirzə iştirakçılara səhvlərini izah etdi və onları düzəltmək üçün düzgün yolları göstərdi. İkinci təlim zamanı əksər uşaqlar ilk dəfə auditoriya qarşısında fərdi şəkildə çıxış etdi və bu onlarda kifayət qədər uğurlu alındı.

Qeyd edək ki, layihə çərçivəsində son təlim 22 avqust tarixində keçiriləcək.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !