Rus Dram Teatrı Həştərxana qastrola hazırlaşır -

Rus Dram Teatrı Həştərxana qastrola hazırlaşır

Azərbaycan Dövlət Rus Dram Teatrı Yeni mövsümə növbəti qastrol səfəri ilə start verəcək.
Teatrın direktoru Ədalət Hacıyevin bildirdiyinə görə, kollektiv 7-10 sentyabr tarixlərində Rusiyanın Həştərxan vilayətinə səfərdə olacaq: “Orada M.F.Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan və getdiyimiz hər qastrolda alqışlarla qarşılanan “Müsyö Jordan və dərviş Məstəlişah” tamaşası ilə çıxış edəcəyik”.
Direktor Rusiya teatrları ilə mütəmadi əməkdaşlıq etdiklərini diqqətə çatdırdı: “Mayakovski və Peterburq Akademik teatrları ilə danışıqlar apardıq və yaxın günlərdə onların səfər tarixlərini dəqiqləşdirib açıqlayacağıq”.
Kollektiv yeni mövsümdə dörd tamaşa hazırlamağı planlaşdırır. Bunlardan biri dövlət sifarişi ilə hazırlanacaq “Dədə Qorqud” tamaşasıdır. İkinci tamaşanı teatr-studiyasının üzvləri hazırlayacaq. “Sarı gəlin” adlı plastik tamaşa teatrın 95 illiyi münasibətilə ilin sonunda təqdim olunacaq. Norveç xoru ilə hazırlanacaq musiqili tamaşa özünün maraqlı ideyası ilə seçiləcək. Uşaqlar üçün Yeni il nağıl-tamaşası və Əməkdar artist Rita Əmirbəyovanın 60 illik yubileyi münasibətilə “Xanuma” tamaşası da teatrsevərlərin ixtiyarına veriləcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !